Cəmiyyətin dağılmasının qarşısını almağın yolu
"Səlah" və "fəsad" bir-birinə zidd olan iki şeydir. İlahi qanuna əsasən, xeyir salih insana, fəsad isə fasid insana təsirini göstərir. Saleh əməlin təsiri dünyanın digər həqiqətləri ilə uyğunluq və ahəngdarlıqdır, fəsadın təsiri isə dünyanın digər həqiqətləri ilə uyğunsuzluqdur.
Odur ki, bu müstəsna hadisə təbii olaraq dünyanın digər səbəblərinin bütün təsirli güc və vasitələri ilə reaksiyası nəticəsində məhvə məhkumdur. Bunlar, Əl-Mizan kitabında Əllamə Təbatəbainin sözləridir. Bəs günah və fəsad nə deməkdir və onların arasında nə fərq var? Günah, Allahın əmrlərinə tabe olmayan insanın əməlidir. Başqa sözlə desək, Allahın qadağan etdiyi bir işi görmək və ya Allahın əmr etdiyi bir şeyi tərk etməkdir. Fəsad cəmiyyətin normal yolunu və sağlamlığını pozan vəziyyətdir. O, azadlığı, təhlükəsizliyi, ədaləti və ictimai sülhü məhv edir, cəmiyyəti mötədillikdən çıxarır. Buna əsasən, günah fərdi davranışın, fəsad isə cəmiyyətin fəsadıdır. Quranın bu ikisi arasında birbaşa və geniş bir əlaqə vəsf edir: "İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar" (Rum, 41). Bu ayə günah və fəsad arasında geniş əlaqəni göstərir. Günah və qanunu pozmaq insan orqanizminə mənfi təsir göstərən qeyri-sağlam və zəhərli qida kimidir. İnsanı onun təbii reaksiyalarında tələyə salır. Məsələn, yalan danışmaq inamı məhv edir. Əmanətə xəyanət ictimai münasibətləri məhv edir. Zülm həmişə başqa zülmün mənbəyidir... . İslam rəvayətlərinə görə, bir çox günahların bizə gizlin olan nəticələri var. Məsələn, hədislərdə qohumlarla əlaqəni kəsməyin ömrü qısaltdığı bildirilir. Yetimin malını yemək qəlbi qaraldır. İmam Sadiqin (ə) rəvayətində buyurulur: " Günah üzündən ölənlər təbii ölümlə ölənlərdən daha çoxdur". Peyğəmbər buyurdu: "Zinanın altı cəzası var; Dünyada üç əzab, axirətdə üç əzab". Peyğəmbərin başqa bir hədisində oxuyuruq: "Məndən sonra insanlar arasında zina aşkar olunca qəfil ölümlər artar". Onlar tərəzidə az satanda Allah onlara quraqlıq göndərər. Zəkatı vermədikdə zülm və düşmənçilikdə bir-birlərinə kömək edərlər. Onlar əhdi pozduqları zaman Allah onların düşmənlərini onlara hakim edər. Onlar yaxşılığa əmr etmək və pisıikdən çəkindirməyi tərk etsələr və mənim Əhli-Beytimdən olan yaxşı insanlara tabe olmadıqda, Allah pis və ləyaqətsiz insanları onlara hakim edər. Bu ilahi bir qanundur ki, insanlar özlərini islah etməsələr, yaradılış aləmi onları təbii və ilahi qaydalarla saflaşdıracaq və pislikləri yox edəcək. Əllamə Təbatəbai Quran ayələrinə istinad edərək, batilin yaradılış sistemində davamlı olmadığını vurğulayır. Nəhayət, dünya yaxşılığa və islahata doğru gedəcək: "Allah zalımları doğru yola yönəltməz" (Maidə, 51). Oxşar xəbərlər
|