Dindarlıqla sosial məsuliyyət arasındakı əlaqə
İslam dünyasında insanın ictimai məsuliyyətləri haqqında müsəlman alimlər fikirlər söyləyiblər. Məsələn, Farabi təfəkküründə (miladi 872-950-ci illər) sağlam və arzu olunan cəmiyyət fərdi və kollektiv ehtiyacları ödəmək üçün cəmiyyət üzvləri arasında əməkdaşlıq, yardım, iş bölgüsü və ictimai vəzifələrin bölüşdürülməsi əsasında formalaşır.
İslam dini insanın ictimai məsuliyyətini saleh əməldə müəyyən etmişdir. Saleh əməlin aydın mənası vardır ki, bu da “yaxşı əməl” adlanır. Qurani-Kərim bəzən onu “pis əməllə” qarşı-qarşıya qoymuşdur: “Fussilət” surəsinin 46-cı ayəsində buyurulur: “Hər kim yaxşı iş görsə, xeyrinə etmiş, kim pis bir iş görsə, onu öz ziyanına etmiş olar”. “Saleh əməl” mövzusunun Qurani-Kərimdə 87 dəfə müxtəlif yollarla qeyd olunması onun əhəmiyyətini göstərir. Görünən odur ki, onun əhəmiyyəti “imandan” az deyil. Çünki saleh əməl qəlblərdə və həyatda imanın varlığına dəlalət edir. Əməlsiz" iman meyvəsiz qurumuş ağac kimidir. Necə ki, "Ənkəbut" surəsinin 2-ci ayəsində qəbul olunmuş vəzifələri yerinə yetirmək Allaha inanc və imanla yanaşı qeyd olunur və zəruridir: "İnsanlar yalnız: “İman gətirdik!” - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?". Bu ayədə iman vacib şərtdir, lakin kifayət etmir. İman gətirdikdən sonra öz vəzifələrini yerinə yetirməlidirlər. Fərdi sosial məsuliyyət qrup sosial məsuliyyətinin əsasını təşkil edir. Çünki cəmiyyət insanlardan ibarətdir və bununla da sosial məsuliyyət mədəniyyətini müəyyən edir. Bu, qrup sosial məsuliyyəti ilə fərdi sosial məsuliyyət arasında qarşılıqlı əlaqədir. Baxmayaraq ki, sosial öhdəliklər tamamilə könüllüdür və onlar haqqında yalnız fərdin qərar verməsi lazımdır. Lakin onu da qeyd etmək lazımdır ki, hər hansı öhdəlik məcburidir və bundan imtina etmək səhlənkarlıq sayılır. Bundan əlavə, bu səhlənkarlığın nəticələri insanın özünə də təsir edəcək. İnsan sosial məsuliyyət sahəsinə bağlılıq hissi ilə, yardımla daxil olduqda insanların və cəmiyyətin problemlərini həll edir. Həmçinin inkişafın müxtəlif iqtisadi, sosial, mədəni və s. aspektlərdə yaratdığı fəsadları azaldır. Bununla da cəmiyyətin təbəqələri daha az əziyyət çəkir. Oxşar xəbərlər
|