İnsanların hərisliyinin kökündə dünyaya bağlılıq durur
Mьəllif: Admin
Tarix: 25-08-2022, 10:40
İnsanların hərisliyinin kökündə dünyaya bağlılıq durur
Tamahkarlığın köklərindən biri də dünyanın gözəlliklərinə və təzahürlərinə aşiq olmaqdır. Bu məhəbbət insanın daxilində işıqlandıqda, onu dünyanın maddi nemətlərinə hərislik və şəhvətə doğru aparır.

Belə olan halda insan bu istiqamətdə hərəkət etdikcə, dünya ləzzətlərinə qərq olur. Nəticədə, əsas yolu və məqsədi unudur.

Qurani-Kərim dünyapərəstliyi tənqid edir. Müxtəlif yollarla dünyapərəstlik barədə insanlara xəbərdarlıq etməyə çalışır. Çünki belə olan halda insan ancaq öz dünyası və şəxsi maraqlarına çatmağı düşünür. Onlara nail olmaq üçün bütün insani və mənəvi dəyərləri pozur.

Qurani-kərim bir çox hallarda dünya həyatını bir növ uşaq oyunu və əyləncə hesab edir. Necə ki, buyurur: "Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz? (Ənam, 32).

Başqa yerdə buyurur: "(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir" (Hədid, 20).

Əslində o, dünya əhlini hər şeydən qafil və bixəbər olan, ancaq əyləncə və oyunla məşğul olan və onların bir addımlığında mövcud olan təhlükələri belə görməyən uşaqlara bənzədir.

Bəzi təfsirçilər insan ömrünü (uşaqlıqdan qırx yaşa qədər) beş dövrə bölüblər və hər dövr üçün səkkiz il hesab edib deyirlər: Səkkiz il oyun-oyuncaqla oynayır. Səkkiz il qəflət və əyləncə ilə məşğuldur.

Səkkiz il gənclikdə zinət və gözəllik arxasınca gedir. Səkkiz il öyünür və fəxr edir. Nəhayət, son səkkiz ildə var-dövlətini və gücünü artırmağa can atır.

Burada insanın şəxsiyyəti formalaşır. Bu hal ömrünün sonuna qədər qala bilər. Nəticə etibarı ilə dünyapərəstlər üçün mənəvi və əbədi axirət həyatı haqqında düşünməyə vaxt qalmır.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031