Münafiqlik cəmiyyətin ən böyük düşmənidir
Mьəllif: Admin
Tarix: 25-08-2022, 10:43
Münafiqlik cəmiyyətin ən böyük düşmənidir
Quranın müxtəlif surələrində bəhs edilən mühüm məsələlərdən biri də münafiqlik məsələsidir. Münafiqlik riya və zahirinin batini ilə ziddiyyət təşkil etməsi deməkdir.

Quranda “münafiqlər” deyilən bir dəstənin adı çəkilir ki, onlar nə iman gətirəcək ixlas və cəsarətləri, nə də açıq-aşkar müxalif olmaq gücü və cəsarəti olmayan şəxslərdir.

Həqiqətdə, onlar həqiqi müsəlmanların arasına sızmışdılar. İslami bir görünüşə malik olduqları üçün çox vaxt onları tanımaq çətindir. Quran onların dəqiq nişanələrini bəyan etməklə onların iç üzünü açır.

İslam tarixi boyu münafiqlərdən ən çox zərbə aldığı üçün Quran ən açıq və sərt xitablarını münafiqlərə ünvanlamışdır.

İkiüzlülüyün ilk əlaməti zahirlə batinin müxtəlifliyidir. Məsələn, dilləri ilə dini, imanı ifadə edirlər, amma qəlblərində iman yoxdur. Bu yalan riyanın əsas oxudur.

Allah Quranda buyurur: "İnsanlar içərisində elələri də var ki, iman gətirmədikləri halda: Biz Allaha və qiyamət gününə iman gətirdik, -deyirlər. (Bəqərə, 8).

Münafiqlərin başqa bir əlaməti də onların hiylələrindən sayılan yalandan and içməkdir. Bu qrup öz sirlərinin üzə çıxdığını görəndə həqiqətləri inkar edir, hətta öz fikirlərini sübut etmək üçün yalandan and içirlər.

Qurani-Kərimdə münafiqlərin bu xüsusiyyətindən bəhs edilir və buyurur: "(Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər.

(Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!" (Tövbə, 74).

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031