Hindistanda müsəlmanlar namaz qıldığı üçün həbs edilib
Mьəllif: Admin
Tarix: 31-08-2022, 21:01
Hindistanda müsəlmanlar namaz qıldığı üçün həbs edilib
Hindistanda namaz qılan bir qrup müsəlmana qarşı cinayət işi açılıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Uttar-Pradeş ştatının Morabad dairəsinin Dulhepur kəndində yaşayan 26 müsəlman camaat namazı qılıb.

Bundan sonra isə induist qonşular onlardan şikayət ediblər.

Adıçəkilən kənddə məscid yoxdur, müsəlmanlar hətta öz evlərinin daxilində belə namaz qılarkən induist sakinlər polisə şikayət edirlər.

Bundan sonra həmin müsəlmanlar saxlanılıblar. Onlar əsassız şəkildə “dini toplantı zamanı dövlətə qarşı danışmaqda” ittiham edilirlər.

İnduist sakinlərin və polisin bu hərəkətləri sosial şəbəkələrdə narazılıqlara səbəb olub və induistlər və polisləri məntiqsizlik və qərəzlilikdə ittiham ediliblər.

“Mən əminəm ki, əgər qonşulardan biri 26 dostu və qohumu ilə birlikdə havanı (induistlərin qurbankəsmə bayramı) keçirsə idi, bu, tamamilə məqbul olardı“, - dey Cammu və Kəşmirin keçmiş baş naziri Ömər Abdulla sosial şəbəkə üzərindən yazıb.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031