Yolunu gözlər dünya
Mьəllif: admin1
Tarix: 31-10-2021, 11:40
Yolunu gözlər dünya


Bu gün dünyada baş verən mənfi yüklü hadisələr davam etməkdədir. Xüsusən son günlər terror qruplaşmasını yaradıb, sonradan onun yox edilməsi bəhanəsi ilə ölkələrə qoşun yeridilməsi.

Bu əməliyyatlar zamanı terror qruplaşması deyil, günahsız əhalinin qətl edilməsi xüsusilə ağrıvericidir. Tarix boyu bu pislikləri törədənlərin ancaq bir şuarı olmuşdur: "Biz insanı hədəfə almışıq və öz mənafelərimizə çatmaq üçün onu məhv edəcəyik”.

Artıq dünya insanı bütün bu olanlardan bezmişdir və zülmlə, ədalətsizliklə dolu olan bu dünyanı haqq və ədalətlə dolduracaq bir xilaskarın gəlcəyinə ümid edir.

Alimlər öz elmi ilə.. Azadlıq istəyənlər öz mübarizələri ilə... Məzlumlar öz fəryadları ilə... Uşaqlar göz yaşları ilə onun yolunu gözləyirlər.

Oxuduğum bir romanda çox gözəl ifadə var idi: "Mən onu günəşdə, toxumlarda dənizin tufanında görürəm. Onun səsini pulemyotun şaqqıltısında, qadınların naləsində və əsən küləklərdə eşidirəm".

Görəsən bu xilaskar kimdir? İmam Sadiq (ə) onun haqqında buyurur: "İnsanlar ümidsizliyin son həddinə gəlib çatdıqları vaxt o, gələcək və günəş kimi parlayacaq". O, kimdir ki?

Deyirlər bir gün İmam Əli (ə) əlini sinəsinə vuraraq ağladı və dedi: "Kaş onu görə biləydim".

Axır zamanda bir xilaskarın gələcəyi, yer üzünü haqq və ədalətlə dolduracağı, insanların ən gözəl tərzdə yaşayacağı və s. haqda məlumat demək olar bütün səmavi kitablarda mövcuddur.

Bununla yanaşı, həmçinin sevimli Peyğəmbərimiz (s) axır zamanda zühur edəcək İmam (ə.f). haqda bizə xəbər vermişdir. Müqəddəs Qurani Kərimdə də İmamın (ə.f) gəlişi ilə əlaqədar ayələrlə qarşılaşmaq mümkündür. Hal-hazırda həmin İmam (ə.f) qeybdədir.

Zəmanə Sahibi olan İmam Mehdinin (ə.f) gələcəyinə inananlar öz yaxşı əməlləri ilə hər an ümidlidirlər. Düşmən öz mənfur əməlləri ilə dünyanın sahibi olmaq istəsə də, sonda yanıldığını anlayacaq və öz nəfsinin qurbanı olacaqdır.

Quran haqqı dəniz suyuna bənzədir, batili isə suyun üzərində olan köpüyə. Belə ki, batil həmişə özünə haqdan qatıb, özünü haqq kimi göstərər.

Bu gün öz əməllərinə haqq donu geyindirməyə çalışanların batilliyi açıq-aşkar ortadadır. Haqq həmişə qalibdir və haqq gəldiyi gün, batil gedər. Zamanın həqiqi sahibi vardır və bu gün dünya onun yolunu gözləyir. Sonda yazını şairlərdən birinin gözəl beytilə bitirmək istərdim:

“Doğacaqdır sənə vəd etdiyi günlərin haqqın.

Kim bilir bəlkə bu gün, bəlkə sabahdan da yaxın”.


Süleyman Rüstəmov,

Dəyərlər.org
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930