Kor-koranə təqlid qadağandır!
Mьəllif: Admin
Tarix: 12-10-2022, 10:58
Kor-koranə təqlid qadağandır!
Qədim cəmiyyətlər arasında ata və babaların dinini təqlid etmək əsas xüsusiyyətlərdən biri kimi tanınır. Bu zehni örnək yeni dövrdə və qabaqcıl cəmiyyətlər arasında mövcud olan dağıdıcı təqlidlərə göz yummağa səbəb olur.

Amma həqiqət budur ki, istənilən kor-koranə təqlidin iki dəhşətli nəticəsi var: Birincisi, insan həyatının həqiqətlərinin gizli qalmasına səbəb olur. İkincisi, inkişafa və sapmalarda hər hansı bir dəyişikliyə mane olur.

Quran ayələrində təqlidi inkar edən çoxsaylı nümunələrdən biri belədir: "Onlara (bütpərəstlərə): Allahın göndərdiyinə (Qurana) tabe olun! -deyildiyi zaman, onlar: Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik! -deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)" (Bəqərə, 170).

Nasir Məkarim Şirazi təfsir nümunədə yazır: "Quran dərhal bu qısa və ifadəli cümlə ilə bu batil məntiqi və əcdadlardan kor-koranə təqlid etməyi pisləyir: “Bu, atalarının heç nə başa düşməmələri və doğru yola yönəlməmələri deyilmi"?!

Yəni onların əcdadları elmli alim və hidayət sahibləri olsalar, onlara tabe olmaq doğru olardı. Lakin onların sələfləri nə özləri xəbərdar idilər, nə də onların bilikli rəhbərləri var idi. Biz bilirik ki, xalqı məhv edən təqlid, cahilin cahildən təqlid etməsidir".

Bu ayədən bir çox məqamları götürmək olar ki, onlardan bəziləri “Nur Təfsir”ində bəyan edilmişdir. Möhsin Qəraati bu təfsirdə yazır: "Əvvəlki ayə bizi şeytanın addımları və əmrlərinə tabe olmaqdan uzaq durmağı xəbərdar edirdi. Bu ayə şeytanın yollarından olan nümunələrindən birinin kor-koranə təqlid olduğunu bidirir.

Ağıllı şəkildə tabe olmaq və itaət etmək üçün heç bir maneə yoxdur. Quranın tənqid etdiyi o kəslərdən təqlid etməkdir ki, nə özləri düşüncə əhli idilər, nə də peyğəmbərlərin hidayətini qəbul edirdilər. İlahi hidayət hər dövrdə və hər əsrdə mövcuddur.

Qurani-Kərimin “Onların ataları doğru yola yönələ bilmədilər” deməsi, Allahın hidayətinin hər zaman mövcud olduğu, lakin onu qəbul etmədikləri mənasına gəlir.

Ayənin Nur təfsirindəki mesajları

1_ Geri çəkilmək qadağandır. Əcdadların adət-ənənəsinə və yoluna itaət ağıl və düşüncə ilə müşayiət olunmazsa, məqbul deyildir.

"أَلْفَيْنا عَلَيْهِ آباءَنا"

2_ İrq və qəbilə təəssübkeşlikləri haqqın qəbul edilməməsinin səbəblərindəndir. بَلْ نَتَّبِعُ ... آباءَنا""

3_ Əcdadların adət və inancları gələcəkdəkilərə təsir edir.

"أَلْفَيْنا عَلَيْهِ آباءَنا"

4_ Haqq yolu ağıl və vəhy ilə əldə edilir. “Onlar düşünmürlər və bilmirlər ” «لا يَعْقِلُونَ شَيْئاً وَ لا يَهْتَدُونَ»

5_ Təcrübə və biliklərin ötürülməsi dəyərdir, lakin xurafatların keçmiş nəsildən gələcək nəslə ötürülməsi dəyərə ziddir. “Ataları başa düşmür” «آباؤُهُمْ لا يَعْقِلُونَ»

6_ Ağıl bizi vəhyə tabe olmağa aparır.

«اتَّبِعُوا ما أَنْزَلَ ... أَ وَ لَوْ كانَ آباؤُهُمْ لا يَعْقِلُونَ»


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031