“Saffat” surəsi Tövhidi inkar edənlərə qarşı səfə durmaqdır
Mьəllif: Admin
Tarix: 25-10-2022, 10:48
“Saffat” surəsi Tövhidi inkar edənlərə qarşı səfə durmaqdır
Qurani-Kərimin otuz yeddinci surəsi “Saffat” adlanır. Bu surə 182 ayə ilə 23-cü cüzdə yerləşir. Məkkə surəsi olan "Saffat" İslam Peyğəmbərinə nazil olan əlli altıncı surədir.

"Saffat" sıraya düzülmüş şəxslər deməkdir. Sıradakı mələklər və ya namaz qılan möminlər mənasında olduğu deyilir. “Saffat” surəsi ilk ayədə “Saffat” kəlməsi olduğu üçün belə adlandırılmışdır.

Surənin ümumi mövzusu tövhidin ifadəsi və müşriklərin Allaha olan inanclarının rədd edilməsidir. Bu surədə tövhid məsələsinin dəlilləri gəlib. Sonra tövhid əleyhdarları təhdid edilir və möminlərə müjdə verir. Nəhayət, iki qrupun hər birinin aqibəti və taleyi bəyan edilir.

Həmçinin bu surənin bir hissəsində Nuh, İbrahim, İshaq, Musa, Harun, İlyas, Lut və Yunis kimi bəzi ilahi peyğəmbərlərin tarixini yığcam və eyni zamanda çox təsirli şəkildə bəyan edir. Amma bu arada İbrahim peyğəmbər və onun həyatının müxtəlif hissələri haqqında bəhs daha geniş şəkildə müzakirə edilmişdir.

O cümlədən Hz.İbrahimin (ə) oğlunu qurban kəsmək tapşırığı; Bu əhvalat tam izah edilməsə də, Allah bunu öz peyğəmbəri üçün açıq bir imtahan adlandırır.

Bu surədə bəhs edilən başqa bir mövzu isə "Ali Yasin"dir. Bu ayənin oxunuşunda fikir ayrılığı var. Bəziləri ona “Ali Yasin” deyirdilər və Əhli-beyti (ə), yəni Peyğəmbər ailəsini nəzərdə tuturlar.

Bu zaman “Yasin” İslam Peyğəmbərinin (s) ləqəbi kimi qeyd olunur. Ancaq bəziləri onu "İlyasin" və ya "El Yasin" adlandırdılar, yəni İlyas peyğəmbərdir.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031