Valideynin bağışlanması üçün qılınan namaz
Ata və ananın övladı üzərində olan haqlarından biri də budur ki, onlar vəfat edəndən sonra onların qəza namazlarını qılsınlar, qəza oruclarını tutsunlar, onların günahlarının bağışlanması üçün dua etsinlər, onların tərəfindən sədəqə versinlər, yaxşı işlər görüb savabını onların ruhuna hədiyyə etsinlər (Quran oxumaq, ziyarətə getmək, yetim sevindirmək, sədəqə vermək kimi), onların boyunlarında olan borcları ödəsinlər və onlar üçün halallıq alsınlar.
Bəzi hədis və dua qaynaqlarında tövsiyə edilib ki, övladlar mərhum valideyinlərinin günahlarının bağışlanması üçün, xüsusilə də Cümə gecələrində aşağıdakı 2 rəkət namazı qıla bilərlər: 1-ci rəkətdə Həmd (Fatihə) surəsindən sonra Qurani-Kərimin mübarək İbrahim surəsinin 41-ayəsi 10 dəfə oxunur: رَبَّنَا اغْفِرْ لِي وَ لِوالِدَيَّ وَ لِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسابُ “Rəbbəna iğfir li, və li validəyyə və lil-momininə yəvmə yəqumul-hisab”. 2-ci rəkətdə Həmd (Fatihə) surəsindən sonra Qurani-Kərimin mübarək Nuh rusəsinin 28-ci ayəsi 10 dəfə oxunur: رَبِ اغْفِرْ لِي وَ لِوالِدَيَ وَ لِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِناً وَ لِلْمُؤْمِنِينَ وَ الْمُؤْمِناتِ “Rəbbi iğfir li və li validəyyə və limən dəxələ bəytiyə mominən və lil momininə vəl mominat”. Namazın salamından sonra isə Qurani-Kərimin mübarək İsra surəsinin 24-cü ayəsi 10 dəfə oxunur: رَبِّ ارْحَمْهُما كَما رَبَّيانِي صَغِيراً “Rəbbi irhəmhuma kəma rəbbəyani səğira” (Mühəddis Nuri, “Mustədrəkul-Vəsail”, c.2, s.111, bab: 20, meyyit üçün müstəhəb əməllər). Şeyx Rəziyuddin Həsən ibn Fəzl Təbərsi (Hicri-qəməri tarixi ilə 6-cı əsr yaşayıb), “Məkarimul-Əxlaq”, 334. Əllamə Məclisi, “Biharul-Ənvar” (vf. 1110 hq), c.88, s.221, hədis:7. (Ahliman.info) Oxşar xəbərlər
|