Allahla yoldaşlıq məqamına çatmaq üçün Quranın göstərişləri
Elmi hövzənin ustadı Ayətullah Mehdi Hadəvi Tehrani təfsir məclisində “Məaric” surəsindən bəzi məqamları qeyd edib:
“Məaric” surəsi Allahdan özü üçün cəza istəyən birinin hekayəsi ilə başlayır. Allah da buyurmuşdur: Bu əzab həqiqi və qətidir və kafirlər onu özlərindən uzaqlaşdıra bilməzlər: "(Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu. (O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur! (O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır! Mələklər və ruh Onun dərgahına (dünya ili ilə müqayisədə) müddəti (miqdarı) əlli min il olan bir gündə qalxarlar" (Məaric, 1-4). Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində “Məaric” ifadəsini möminlərin haqqa iman gətirməklə, layiqli işlər görməklə çatdıqları və Allah dərgahına yüksəldikləri dərəcələr kimi qeyd edir. Qonşuluq və Allaha yaxınlıq məqamına çatmaq, Əllamə Təbatəbainin “Məaric” üçün ifadə etdiyi başqa bir şərhdir. O, İman və yaxşı əməllərlə əldə edilən bir məqamdır. Əllamə Təbatəbai vurğulayır ki, “Məaric” səmavi mələklərin sahib olduqları məqamdır. Əllamə Təbatəbai bu surənin təfsirində qeyd etmişdir ki, “Məaric” şəraitə görə müəyyən edilmiş bir məqam deyil, həqiqi məqamdır. Şəraitə görə müəyyən edilmiş bir məqam dünya həyatı ilə məhdudlaşan bir məqamdır. Məsələn, prezident, millət vəkili, hüquqşünas və s. yalnız bir etibar və məqam qazanıb və hər an onu itirə bilər. Digər tərəfdən, Allaha yaxın olmaq məqamına nail olmaq həqiqi bir məqamdır ki, onun müsbət nəticələri insanın həyatında əbədi qalacaqdır. Saleh əməlləri ilə bu mənəvi məqama çatmağa müvəffəq olmuş şəxs göyə və yerə hakim ola bilər və dünyanı özünə itaət etdirə bilər. Allahla yoldaşlıq məqamına çatmaq o zaman mümkündür ki, insan heç bir qabiliyyət və neməti özünə aid etməsin. Bütün nemət və xeyirlərin Allahdan olduğuna inansın. “Məaric” surəsi Qurani-Kərimin 70-ci surəsi və Məkkə surələrindən biridir ki, 44 ayədə qiyamətin xüsusiyyətlərini və o böyük gündə kafirlərin hallarını təsvir edir. Bu surənin Məarac adlandırılması dördüncü ayədə qeyd olunan mələklərin səmalarda yüksəlmə yeri deməkdir. Oxşar xəbərlər
|