Zəif imanla intihar arasındakı əlaqə haqqında həqiqətlər
Əbdüd-Daim Əl-Kəhil “Ateizm, İntihar və İslam Təlimlərinin Gücü” adlı qeydində sübut edilmiş elmi araşdırmalara əsaslanaraq, ateistlər arasında intiharların sayının digər dinlərdən daha çox olduğunu vurğulayır.
Ateistlər çoxdan ateizmlərini, fikir və azadlıqlarını vurğulayıblar. Bu xüsusiyyətlərini möminlərlə fərqlilikləri kimi təqdim ediblər. Bu səbəbdən də özlərini başqalarından daha xoşbəxt hesab edirlər. Amma son araşdırmalarda ateistlərin ən ümidsiz və çarəsiz insanlar olduğu müəyyən edilmişdir! Bu araşdırmada intiharların ən çoxunun aqnostiklər (dinsizlər), yəni heç bir dinə mənsub olmayan, məqsədsiz və inancsız yaşayanlar arasında olduğu sübuta yetirilib. İntiharla bağlı elmi araşdırmalar sübut edib ki, intiharların ən çoxu ən ateist ölkələrdədir. Onların başında da ateizmin ən çox olduğu İsveç durur. Elmi araşdırmalar təsdiq edir ki, dini təlimlər intihar hallarının azalmasında böyük rol oynayır. Bu baxımdan İslam dini ən güclü təlimləri ortaya qoymuş və intihara qarşı xəbərdarlıqlar etmişdir. Buxari və Müslim kimi səhih rəvayət kitablarında Peyğəmbərdən (s) nəql edilmişdir: "Dəmirlə intihar edən şəxs əlində bir hissəsi qarnına batmış dəmir parçası ilə gətirilər və cəhənnəm oduna daxil olar. O, orada əbədi yanacaq. Hər şəxs zəhər yeyərək intihar etsə, əlindəki zəhərlə cəhənnəm atəşinə atılacaq və orada əbədi olaraq yanacaq. Hər kim özünü dağdan ataraq intihar etsə, cəhənnəm atəşinə atılacaq və orada əbədi qalacaq". Bu, insanlara intiharla bağlı verilən ən güclü xəbərdarlıqdır. Bu hədisdə intiharın səbəblərinin 90%-dan çoxu qeyd edilmiş və haram edilmişdir. BMT-nin statistikasına nəzər salsaq, ən çox intiharların silah və ya bıçaqla olduğunu görürük ki, bu da hədisdə qeyd olunur: "Özünü dəmirlə öldürən şəxs". Zəhər yemək də və hündürlükdən atlamaq da hədisdə qeyd olunur. Deməli, İslam belə bir təhlükəli hadisəni diqqətdən kənarda qoymur. Öncədən, onun üçün münasib və güclü müalicə təklif edir. Araşdırmalara görə, son əlli ildə intiharların sayı çox artıb. Bu artımın son əlli ildə ateizmin artması ilə bağlı ola biləcəyi sirr deyil. Söz azadlığı bəhanəsi ilə intihara cəhd edənləri cəzalandırmaq üçün sərt qanunlar tətbiq etməyən İsveç və Danimarka kimi ölkələrə gəlincə, bu ölkələr ən yüksək intihar sayına sahibdirlər. ("İQNA") Oxşar xəbərlər
|