Eqoist olan özündən başqasını görməz
Mьəllif: Admin
Tarix: 23-11-2022, 10:39
Eqoist olan özündən başqasını görməz
Din tədqiqatçısı və yazarı Höccətül-islam vəl-müslimin Məhəmməd Əli Xosrəvi nitq dərsinin üçüncü iclasında Allahın hüzurunun əlamətlərini ətrafımızda gördüyünü qeyd etdi. Onun mətnini aşağıda oxuya bilərsiniz;

Ağıllı və müdrik insanlar təfəkkür vasitəsilə ətraflarındakı dünyanı görür və onun barəsində düşünürlər. Quran xatırlatma və düşünmə kitabıdır.

Düşüncə, xatırlatma və tədəbbür ağılda yaradılmalı olan hərəkət deməkdir. Bu hərəkət ağılda yaranıbsa, düşüncə yaranıb. Əsas etibarilə düşüncənin tərifi məqsədə doğru irəliləmək və həll yollarını tapmaqdır. Bu düşüncə yaransa, bahar fəslindən, təbiətdən, çiçəklərdən və ilin dəyişməsindən ili dolandırana yetişəcəyik.

Quranın bütün səyi, baharı, ilin dəyişməsini, dəyişiklikləri görməyinizdən əlavə, sizing diqqətinizi bunları dəyişənə yönəltməkdir. Möminlə kafirin fərqi bu məsələdədir.

Dəyişiklikləri hamı görür, amma müvəhhid insan dəyişdirəni də görür. Novruz bayramında yeni Şəmsi ili gəlir.

Onun əvvəlində oxunan bir dua var və çox gözəl və dərin məzmunlu bir duadır: "Ey könülləri və baxışları dəyişdirən * Ey gecəni və gündüzü nizamlayan * Ey ilin və əhval-ruhiyyəni idarə edən * Halımızı ən yaxşı hala çevir".

Dəyişiklikdən daha mühüm tədbir edən və dəyişəndir. Quranın qiddət etdiyi əsas nöqtə budur ki, hər yerdə Allahın və Yaradanın əlini görək. Biz bitirdik” (Loğman, 10).

Allah buyurur ki, nə bitkiləri görürsənsə, onları biz bitirmişik. Quranın bütün ayələrində belə görürük ki, insanlar laqeydlikdən oyansınlar deyə, Allah hər yerdə özünü tanıtdırır.

Nə qədər ki, varlığın mahiyyəti ilə təmasdayıq, bütün varlıq öz əlimizdədir. Varlıq mənbəyi ilə əlaqəmiz kəsilib dünyaya və eqoizmə qayıtdıqda özümüzü belə tanıya bilmirik. Ümid edirəm ki, Quran oxumaqla mənşə ilə əlaqəni gücləndirəcəyik.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031