İlahi hökumət yüksək məqsədlərə çatmaq üçün bir vasitədir
Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən seçmələr haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir.
Onun “Müasir vəziyyətin pislənməsi və dövlət məmurlarının vəzifəsi” başlığı ilə dediyi sözlər Əmirəlmömininin (ə) hökumətə baxışı və həmçinin legitimlik nəzəriyyəsi ilə bağlı müzakirələrlə əlaqədardır. Onun mətnini aşağıda oxuya bilərsiniz: Nəhcül-bəlağənin üçüncü xütbəsi dövrün vəziyyətini pisləmək və Rəsuli-Əkrəmin (s) vəsiyyətinə zidd hərəkət etmək barədə bəyan olunmuşdur. Əlbəttə, ola bilsin ki, bu xütbənin bəyan olmasının səbəbi xilafət və Peyğəmbərin (s) canişinliyi məsələsi ilə bağlıdır. Lakin bu xütbənin bəyan olmasının səbəbindən asılı olmayaraq, onun məzmunu nəzərə alınmalıdır. Bu, İmam Əlinin (ə) hökumətə baxışının necəliyi ilə bağlıdır. İmam Əli (ə) bu xütbənin bir hissəsində buyurur: "Mən xilafəti tərk etdim və ondan uzaqlaşdım. fikirləşirdim ki, təkbaşına öz haqqımı müdafiə edim, yoxsa onların yaratdığı bu boğucu və qaranlıq mühitdə Qiyamət gününə və Rəbbin görüşünə qədər qocaları öldürən, cavanları və möminləri kədərləndirən bir səbri seçim?! Düzgün qiymətləndirmədən sonra gözümdə tikan, boğazımda sümük qalmış kimi səbirli olmağı daha ağıllı gördüm. Gözlədim və irsimin talan edilməsini öz gözlərimlə seyr etdim". Mən bu ifadəni bu xütbənin digər hissələrinə işarə etmək üçün müqəddimə kimi qərar verirəm. İmam Əliyə (ə) tabe olmaq iddiasında olan və Əli (ə) hökumətinin izi ilə getmək istəyən hökumət hər səviyyədə və mövqedə bu ifadə və xütbələri qulağına sırğa etməlidir. Həzrət Əmir (ə) bu xütbənin başqa bir yerində buyurur: “Rəhbər üsyankar dəvəyə minən şəxs kimidir. Onun cilovunu bərk-bərk sıxsa, heyvanın burun pərdəsi cırılacaq, sərbəst buraxsa, uçuruma düşəcək”. İmam Əli (ə) Nəhcül-bəlağənin müxtəlif hissələrində hökmdarlara belə bir baxışla xəbərdarlıq edir ki, zəiflərə güc tətbiq etməsinlər. Həmçinin onlara qarşı təhdid və məcburiyyət vasitələrindən istifadə etməsinlər. Rəhbərlər cəmiyyətə nəzarət etməlidirlər. Əmirəlmöminin (ə) hökumətə alət kimi baxır və hökumət onun üçün məqsəd deyil. Nəhcül-bəlağənin üçüncü xütbəsində mövcud olan və Həzrət Əmirin (ə) Beytulmal və ictimai ədalətlə bağlı qayğısı ilə əlaqəli olan mühüm mövzu ədalətə nail olmaq üçün hakimiyyət etmək və yüksək məqsədlərə çatmaq üçün hökumət alətindən istifadə etməkdir. İmam (ə) buyurur: “Toxumu parçalayan və nəfsi yaradan Allaha and olsun ki, beyət edənlərin çoxluğu olmasaydı və səhabələr mənə qarşı höccəti tamamlamasaydılar və Əgər Allah alimlərdən zalımların toxluqdan harınlamağı və məzlumların aclığının qarşısında susmamaq barədə beyət almasaydı, mən xilafətdən əl çəkərdim. Onda görərdin ki, sizin dünyanız mənim üçün keçinin burnundan axan sudan dəyərsizdir". Bu ifadə o deməkdir ki, hökumət məqsədə çatmaq üçün bir vasitədir. Bu məqsəd də məzlumların aclığına və zalımların toxluqdan harınlamağına biganə qalmamaqdır. İmam Əli (ə) açıq-aydın buyurur ki, əgər Allah bizdən və alimlərdən bu məsələlərə biganə qalmamaq barədə beyət almasaydı, mən xilafətdən əl çəkərdim və hökumət etmək üçün heç bir tələbim olmazdı. Legitimlik nəzəriyyəsi Nəhcül-bəlağənin üçüncü xütbəsinin məğzindən əldə edilir. Legitimlik nəzəriyyəsi iki səhihlik və məqbulluq ünsürünün toplusudur. Əmirəlmömininin (ə) məşruiyyəti (legitimliyi) vardır. Lakin insanlar onun ətrafına toplaşıb ona beyət etmədikcə və məqbuliyyət formalaşmadıqca məşruiyyət də müəyyən olunmaz. Buna görə də legitimlik iki səhihlik və məqbulluq əsasını ehtiva edir. Oxşar xəbərlər
|