Allaha bəndəliyin mənası nədir?
Mьəllif: Admin
Tarix: 26-11-2022, 14:07
Allaha bəndəliyin mənası nədir?
İndiyə qədər başqalarına xeyirxahlıq, kömək və dostluq üçün təşəkkür etmisinizmi? Əlbəttə bəli.

Niyə? Çünki insan ağlı və vicdanı yaxşılıq və xeyirxahlığə qarşısında şükür etməyi, başqalarının sevgi və yaxşılığına şükür etməyi əmr edir. Deməli, nemət insanı şükür etməyə məcbur edir və onun idrakı, ağlı və vicdanı şükür etməyin əsas amilləridir.

Bir dost bizə kömək edir, kitablarını və dəftərlərini borc verir, dərslələrdə bizə yol göstərir, geridə qalmışlığımızı aradan qaldırmağa kömək edir, dərs almaq üçün bizə vəsait təqdim edir, problemlərimizi həll edir və s... .

Bütün bu hallarda biz özümüzü ona borclu hesab edirik və onun yaxşı əməllərinin əvəzini birtəhər ödəməyə, təşəkkür etməyə çalışırıq.

Şübhəsiz ki, Allah bizə ən yüksək və ən gözəl nemətləri vermişdir:

O, bizə müdriklik, ruh, iradə, düşüncə və istedad verib.

Həyat yolunda bizim xoşbəxtliyimiz üçün bələdçilər göndərdi.

Bizim varlığımız və həyatımız onun əlindədir.

Sahib olduğumuz hər şey Yaradanımızdandır.

O, yaradandır, biz isə onun bəndələri və məxluqlarıyıq.

O, ehtiyacsız və qüdrətlidir, biz möhtac, zəif və məhdud bir bəndəyik.

Əgər dərs oxuyub elm öyrəniriksə, onun lütf və mərhəmətinin sayəsindədir ki, bizə elm əldə etmək gücü və dərk etmək qabiliyyəti verib.

Nəfəs alıb həyatımıza davam ediriksə, yaxşı, sevgi dolu, gözəl və kamil Allahın bizə bəxş etdiyi imkanlara görədir.

“Ehtiyaclı bəndə”dən ibadətdən başqa nə gözlənilir?

“Zəif məxluqdan” o əzəmətli yaradanın qarşısında dua, diqqət, təvazökarlıq və bəndəlik, kiçiklik və ehtiyac bəyan etməkdən başqa nə gözlənilir?

Allahın hər cür aşkar və gizli nemətlərinə sahib olan İnsandan nemət sahibinə olan Allaha şükür etməkdən başqa nə gözləmək olar?

Biz ağıllı və vicdanlıyıq, qədir bilən və şükür edənik, bəndə və möhtacıq. Əgər yaradanımızın qarşısında başımızı torpağa qoyuruq, ibadət edib namaz qılıb, ehtiyacımızı istəyib, sirrimizi deyiriksə, bu, “Onun Allahlığını” və “öz bəndəliyimizi” izhar və ifadə etmək üçündür.

İbadət etməsək, yaradılışın əsas məqsədindən uzaqlaşmış olarıq. Çünki bizim yaradılışımızın kamilliyi Allaha ibadətdir ki, o buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (Zariyat, 56).

Allah başqa bir ayədə buyurur: “Mənə ibadət edin, bu, doğru yoldur” (Yasin, 61).

Deməli, əgər biz Allaha ibadət etməsək, Onun əmrinə tabe olmasaq, Onun səmavi və əbədi dininə itaət etməsək, nankorluq etmiş olarıq. Onun rəhmətindən uzaqlaşır və həyatın məqsədinə, nemət sahibini tanımağa etinasızlığımızı göstərmiş olarıq.

Allaha bəndəlik etməyən şəxs şeytanın və şeytanların, tağutların və Allaha qarşı olan qüvvələrin tələsinə düşür. Allahın bəndəliyi insanı o qədər əziz edir ki, onu zalım qüdrətlərin əsarətindən azad edir.

Möhsin Qəraətinin yazdığı "Namaz ilə tanışlıq" kitabından götürülmüşdür.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031