Xeyirli işi batil və təsirsiz edən nədir?
Mьəllif: Admin
Tarix: 28-11-2022, 10:31
Xeyirli işi batil və təsirsiz edən nədir?
Sağlam düşüncə sahibləri arasında müzakirə edilən əsas etik davranışlardan biri də müxtəlif cəmiyyət və qruplarda nümunələrini gördüyümüz ehtiyacı olanlara kömək etməkdir.

Lakin bu yardımlar lazımi şərtlərə cavab verməsə, nəinki müsbət ictimai təsir göstərməyəcək, hətta əməlin savabı və axirət mükafatına da ciddi ziyan dəyəcək.

Quranın bununla bağlı bir neçə tövsiyəsi vardır ki, onlardan bir nümunə "Bəqərə" surəsində buyurulur: "Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxartmayın.

Belə kimsələrin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!" (Bəqərə, 264(.

"Nümunə" təfsirdə vurğulanır ki, iman sahibləri minnət qoymaq və əziyyət verməklə ianələrini batil etməməlidirlər. Qurani-Kərim bu cür davranışın çirkinliyini və mənasızlığını iki bənzətmə və sədəqədəki yanlış məqsədlərlə bağlı misallarla göstərir.

"Bu, malını insanlara göstərmək üçün xərcləyən, Allaha və Qiyamət gününə inanmayan şəxs kimidir".

Quranda bəhs edilən növbəti misal belədir: “(Onun işi) hamar bir daş parçası kimidir ki, üzərində (nazik təbəqə) torpaq var (və toxum səpilir) və ona şiddətli yağış yağır. (torpaq və toxumu) yuyub aparar, onlar etdikləri əməllərdən heç bir qazanc əldə edə bilməzlər".

Beləcə minnət qoymaq və əziyyət verməklə qarışan riyakar əməllər, ehsanlar daş qəlblərdən qaynaqlanır və sahibləri bundan fayda görmür və bütün zəhmətləri puç olur.

"Nur" təfsirində ayənin mesajları:

1_ Minnət qoymaq və kasıbı incitmək sədəqə və onun savabını məhv edər. «لا تُبْطِلُوا»

2_ Riyakarlıq Allaha və qiyamətə həqiqi imansızlığın əlamətidir.

«يُنْفِقُ مالَهُ رِئاءَ النَّاسِ وَ لا يُؤْمِنُ بِاللَّهِ»

3_ İnfaq etmək mühüm deyil, infaq edənin motivasiyası və ruhiyyəsi önəmlidir. «رِئاءَ النَّاسِ»

4_ Minnət qoyan, riyakarlıq edən və kafirin əməlləri puç olar. «فَمَثَلُهُ» sözü hər üç qrupa uyğun gəlir.

5_ Münafiq axırda rüsvay olar və hadisələr həqiqətləri aydınlaşdırar. «فَتَرَكَهُ صَلْداً»

6_ Riyakar nəinki axirət savabından məhrum olur, hətta mənəvi yüksəliş də qazanmamışdır. «لا يَقْدِرُونَ عَلى‌ شَيْ‌ءٍ»

7_ Minnət qoyan və riyakar küfr xəttindədir və təhlükədədir.

«لا يَهْدِي الْقَوْمَ الْكافِرِينَ»

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031