Ayətullah Behcət: Hər kəs bunu etsə, heç bir xəstəliyə tutulmaz
Sual: Həmişə sağlam və gümrah olmaq üçün nə etməliyik?
Cavab: Mərhum Məclisi əsərlərinin birində yazır: "İnsan İmamlardan (ə) nəql olunmuş tibbi qaydalara əməl etsə, xəstəliyə tutulmaz. Mən özüm bir nəfər tanıyıram ki, deyilən tibbi qaydalara əməl edirdi. Səksən yaşı olduğuna baxmayaraq, bir dəfə də xəstələnməmişdi. Nəcəfdə vəba epidemiyası yayılanda həmin şəxs rahatlıqla xəstələrə baş çəkər, özü xəstəliyə tutulmazdı. Ömrünün sonunda xəstəliyi ancaq bu oldu ki, ayaqları ağrıdığı üçün camaat namazına gəlmirdi, evdə istirahət edirdi". Mənbə: "Ayətullah Behcətin hüzurunda", səh. 50 (İslamazeri.com) Oxşar xəbərlər
|