“Ər-Rəhman” surəsində Allahın təkrar etdiyi sual
Mьəllif: Admin
Tarix: 15-01-2023, 11:18
“Ər-Rəhman” surəsində Allahın təkrar etdiyi sual
Qurani-Kərimin əlli beşinci surəsi “Ər-Rəhman” adlanır. 78 ayədən ibarət olan bu surə 27-ci cüzdə yerləşdirilmişdir. Bu surənin Məkkə və ya Mədinədə nazil olması ilə bağlı fikir ayrılığı var. Bu surə İslam Peyğəmbərinə (s) nazil olan doxsan yeddinci surədir.

“Ər-Rəhman” surəsinə Quranın gəlini ləqəbi verilir. Bu ləqəb İslam Peyğəmbərindən (s) nəql olunan rəvayətlərə əsaslanır.

Bu surənin ilahi adlardan olan “Ər-Rəhman” adı ilə adlandırılması surənin ilk sözündən götürülmüşdür.

“Ər-Rəhman” surəsi dünyanı həm insanların, həm də cinlərin istifadə etdiyi bir nizama tabe hesab edir. Bu surə dünyanı fani dünya və əbədi dünya olmaqla iki yerə bölür. Axirətdə səadət və bədbəxtlik, nemət və cəza bir-birindən ayrılır.

Surədə deyilir ki, bütün varlıq (dünya və axirət) bir-birinə bağlı bir sistemə malikdir. Dünyada mövcud olan hər şey Uca Allahın nemətidir. Buna görə də bu surədə 31 dəfə insanlardan və cinlərdən soruşur: "Allahınızın hansı nemətlərini inkar edirsiniz?". Bu səbəbdən də surə Allahın bütün məxluqatları əhatə edən bir növ rəhməti ilə başlayıb, Allaha həmd-səna ilə bitirir.

“Ər-Rəhman” surəsi Allahın dünya və axirət nemətlərindən bəzilərini sadalayır. Həmçinin bu surədə Qiyamətin bərpa olmasından, onun xüsusiyyətlərindən və orada əməllərin necə yoxlanılmasından bəhs edilmişdir.

Bu surədə Qurani-Kərimin öyrədilməsi, insanın və cinlərin yaradılması, bitki və ağacların yaradılması, səmanın yaradılması, qanunların hakimiyyəti, yerin xüsusiyyətləri ilə yaradılışı, meyvələrin yaradılması, çiçəklərin və ətirli bitkilərin yaradılması, iki duzlu və şirin dənizin və dəniz canlılarının birləşdirilməsi ilahi nemətlər sırasında qeyd edilmişdir.

Daha sonra o, dünya sistemlərinin çöküşü, qiyamət gününün bərqərar olması, qiyamət gününün xüsusiyyətləri, insanların dünyəvi əməlləri və mükafat və cəzalarının necə hesablanacağına işarə edir. Cəhənnəm əhlinin əzabları və yaxşı insanların sahib olduqları nemətlərini sadalayır. Cənnət nemətləri arasında bağlar, bulaqlar, meyvələr, gözəl və sadiq zövcələr var.

Bu surənin ən mühüm məqamlarından biri Qurani-Kərimin ən kiçik ayəsinin bu surənin 64-cü ayəsində olmasıdır ki, buyurulur: “(O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır)” (Ər-Rəhman, 64).

Həmçinin “Ər-Rəhman” surəsinin 19-cu ayəsində deyilir: “(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu”. O, bir-birinə bitişik olan, lakin xüsusiyyətlərinə görə qarışmayan iki dənizdir. Tədqiqatçılar hesab edirlər ki, bu ayədə iki dəniz, Baltik dənizi və Danimarkadakı Şimal dənizi nəzərdə tutulur.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031