Qanunvericinin xüsusiyyətləri
Mьəllif: Admin
Tarix: 17-01-2023, 11:57
Qanunvericinin xüsusiyyətləri
Bəşəri qanunlarda insanda əmələ olan həyəcan və sevgini qurudan problemlər və şübhələr var.

Bu şübhələr, xüsusən də insanın heç vaxt bu qanunlara əməl etməyə təşviq edilmədiyi, lakin onlara əməl etmədiyi zaman dərhal cərimələndiyi bir vaxtda daha aydın görünür.

Bu, səmavi qanunlara ziddir. O, həddi aşanlara və günahkarlara cəza verdiyi kimi, təqvalı və itaətkar insanlara da axirətdə savab bəxş etmişdir.

Peyğəmbərlər məktəbində hətta insanın hədəfə gedən yolda atdığı addımlar üçün savab müəyyən edilir. Bu da peyğəmbərlərin yolu üçün başqa bir imtiyazdır.

Bu mətləblərə əsasən, diqqət yetirmək lazımdır ki, insan həyatının qanunvericisi aşağıdakı şərtlərə və imtiyazlara malik olmalıdır:

1- İnsanın bütün xarici və daxili ehtiyaclarını tam və əhatəli şəkildə bilməkdir.

2- İnsanlara qarşı tam mehribanlıq və mərhəmət hissinə sahib olmaq.

3- Kamil ədalət və meylləri məsləhət və həqiqətdən üstün tutmamaq.

Sözsüz ki, bu cür qanunlar, göstərişlər və vəzifələri peyğəmbərlər vasitəsilə insana çatdıran Uca Allahdan başqası deyildir.

Peyğəmbərlər insan cəmiyyətinin bədəninə yerləşdirilmiş qəbuledici cihazlar kimidir ki, ilahi xəbərləri qəbul edib insanlara çatdırırlar.

Möhsin Qəraəti tərəfindən yazılmış "İslami Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031