Ən yaxşı dinin 8 əlaməti
Ən yaxşı din və məktəb aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
1- Məntiqli və əqli olmalıdır Dini inancların əsasları ağılla ziddiyyət təşkil etməməlidir. Lakin hər zaman və məkanda olan insanların hamısının öz ağlına görə dinin əmr və proqramlarını anlaması vacib deyildir; Çünki bir çox dini proqramların və göstərişlərin verildiyi bir vaxtda ola bilər ki, bəziləri onun sirrini anlamasınlar və fəlsəfəsini öz ağılları ilə başa düşməsinlər. Ona görə də dini proqram ağıla zidd ola bilməz, amma ağıldan üstün ola bilər. Dinin əsaslarında və əqidə prinsiplərində təqlid caiz deyil. Çünki əqidə "əqd" kəlməsindəndir. Əqd isə bağlanmaq deməkdir. İnsanın qəlbi və ruhu əqidəyə bağlanması lazımdır. Ona görə də onun-bunun sözlərinə bağlanmır. Daha doğrusu, bu əlaqə ağıl və dəlil əsasında qurulmalıdır. 2- İnsanın fitrətinə uyğun olmalıdır Bir dinin ardıcılları öz dini proqramlarını öz fitrətlərinə uyğun görməlidirlər. Məsələn, insanın təbii olaraq həyat yoldaşına ehtiyacı var. Aydındır ki, gözəl din, proqram və əmrlərində evliliyi müqəddəs bir şey kimi qəbul edən dindir. 3- Təhrif edilməmiş olsun. Təəssüf ki, əvvəlki dinlərin başına gələn problemlərdən biri onların təhrif olunması idi. Quran bu çirkin əməli bəyan edərək buyurur: "Onlar sözlərin yerlərini dəyişib təhrif edir” (Maidə, 13). Belə bir vəziyyət dini şəxsi məqsədlər üçün alət və oyuncaq halına gətirir. Nə yaxşı ki, elmli düşmənlər və cahil dostlar heç vaxt İslam dinində hər hansı bir təhrif yarada bilmədilər. Çünki Allah özü Quranın qorunmasını öz üzərinə götürüb: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr, 9). 4- Ümidverici və ruhlandırıcı olmalıdır Ən yaxşı din və məktəbin əlamətlərindən biri də insanlara ümid və sevgi bəxş etməsidir. Əgər şagird məktəbdə zəhmətinin hədər getmədiyini, nömrəsinin hətta yüzdə birinin belə diqqətə alındığını və haqlı üzrlərinin qəbul olunduğunu bilsə, xüsusi sevgi ilə təhsilini davam etdirər. İlahi dünyagörüşündə insan inanır ki, hər an Allahın nəzərindədir. Etdiyi xeyirxah əməllərdən bir zərrə belə diqqətdən kənarda qalmır. Onun yaxşı əməllərinin alıcısı Allahdır, canının və malının qiyməti isə cənnətdir. 5- İrəliyə baxan olmalıdır Din uzaqgörən olmalı və insanların gələcəyini düşünməli, öz ardıcıllarına gələcəyi izah etməli, səadət və tərəqqi yollarını onlarla bölüşməlidir. 6- Hərtərəfli olmalıdır Din həm nəzəri, həm də praktiki məsələlərlə məşğul olmalıdır. Bu dünyanı düşünməli və o dünyanı unutmamalıdır. İnsana, cəmiyyətə lazım olanı onda tapmaq olar. Bu əhatəlilik Quranda gözəl şəkildə müşahidə edilir. Çünki maddi və mənəvi, dünya və axirət məsələləri bir-birinin kənarında qeyd olunur. Ən yaxşı din, ardıcıllarının düşüncələri ilə yanaşı, onların əlləri, dilləri və ayaqları üçün planları olan bir dindir. İnsanların həm cisminin, həm də ruhunun fikrində olmalıdır. Hərtərəfli din insanların iqtisad işləri ilə yanaşı, onların halal əyləncə və ləzzətlərini təmin edən bir dindir. 7- Çıxılmaz nöqtələr olmamalıdır İslamda qayıdış yolu heç kimin üzünə bağlı deyil. Quranın bir çox ayələrində günahkarların vəziyyəti təsvir edildikdən sonra tövbədən bəhs edilir. Çünki böyük günahlardan biri də Allahın lütfündən ümidini kəsməkdir. Heç kim heç bir halda Allahın rəhmətindən ümidini kəsməməli və özünü çıxılmaz vəziyyətdə görməməlidir. Yaxşı din elə bir dindir ki, çıxılmaz nöqtəsi olmayan, hidayət edən, günahkarların günah və xətalarından dönməsinə köməklik edir. 8- Ona əməl etmək asan olmalıdır Kamil dində ardıcıllar öz vəzifələrini yerinə yetirməkdə çətinlik çəkmirlər. Məsələn Oxşar xəbərlər
|