Həqiqi yol nədir?
Mьəllif: Admin
Tarix: 24-01-2023, 10:27
Həqiqi yol nədir?
Dinin doğru və ya yanlışlığına gəlincə, onu ölçmək üçün müxtəlif meyarlar nəzərə alınır. Quran ayələrindən biri bu məsələyə işarə edərək sadə və aydın bir prinsipi ifadə edir:

"Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir" (Ali-İmran, 19).

Bu ayənin ilk cümləsinə nəzər salmaqla deyə bilərik: “Allah qatında din İslamdır (və haqqa təslimiyyətdir)".

Belə düşünmək olar ki, Quranda yalnız İslam adlı müəyyən bir dinin düzgünlüyündən bəhs edilir. Lakin bu ayələrin təfsirində xüsusilə "İslam" sözünün mənasında maraqlı məqamlar bəyan edilmişdir. “İslam” sözü ərəbcə “təslim olmaq” deməkdir.

"Nümunə" təfsirinin müəllifi yazır: "Allah dərgahında haqq din Onun əmrinə “təslim olmaqdır”. Əslində, dinin ruhu hər bir dövrdə və hər bir zamanda haqqa təslim olmaqdan başqa bir şey olmamışdır və olmayacaqdır.

Bu ayə ilahi dinin həqiqi vəhdətinə baxmayaraq meydana çıxan dini ixtilafların mənbəyini belə izah edir: “Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar”.

Odur ki, ixtilafların yaradılması, birincisi, elm və agahlıqdan sonra idi. İkincisi, üsyan, zülm və paxıllıqdan başqa bir məqsədi yox idi.

Məsələn, İslam Peyğəmbəri (s) açıq-aşkar möcüzələrdən, o cümlədən Qurani-Kərimdən və bu dinin mətnində verilən açıq-aydın dəlillərdən əlavə, onun sifətləri və xüsusiyyətləri əvvəlki müqəddəs kitabda bəyan edilmişdir.

Bu səbəbdən də zühur etməzdən əvvəl onların alimləri o həzrətin zühurunu böyük şövq və vurğu ilə elan edirdilər. Amma göndərilən kimi öz mənafelərini təhlükədə gördükləri üçün üsyan, zülm və paxıllıq üzündən hər şeyi görməzdən gəldilər.

Bu səbəbdən də ayənin sonunda onların və onlar kimilərin aqibətini bildirir və buyurur: “Hər kim Allahın ayələrini inkar edərsə (Allah onunla haqq-hesab çəkər, çünki) Allah tez haqq-hesab çəkəndir”.

Bəli! İlahi ayələri nəfsinin oyuncağına çevirənlər, etdikləri işin nəticəsini dünya və axirətdə görəcəklər.

"Nur" təfsirindəki ayənin mesajları

1- Əvvəlki ayədə (Ali-İmran, 18) deyildiyi kimi, Allahın birliyinə, ədalətinə, izzətinə və hikmətinə inanmaq insanın təslim olmasının əsasını təşkil edir. «إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلامُ»

2-Allaha təslim olmağın tələbi İslamı son ilahi din kimi qəbul etməkdir. «إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلامُ»

3- Haqqın hüdudlarını aşmaq ixtilaflara səbəb olur.

«وَ مَا اخْتَلَفَ الَّذِينَ ... بَغْياً»

4- Bəzi dini ixtilafların mənbəyi paxıllıq və zülmdür; Cahillik deyil.

«مِنْ بَعْدِ ما جاءَهُمُ الْعِلْمُ»

5- Paxıllıq küfrün əsasıdır. «بَغْياً ... وَ مَنْ يَكْفُرْ»

6- Təkcə kitab və elm nicata aparmaz. «أُوتُوا الْكِتابَ، جاءَهُمُ الْعِلْمُ، مَنْ يَكْفُرْ»

7- Bilə-bilə ixtilaf yaradanlara tezliklə cəzasını görəcəklər.

«سَرِيعُ الْحِسابِ»


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031