Yəhudilər müsəlmanlarla bağladıqları əhdi pozurlar
Mьəllif: Admin
Tarix: 31-01-2023, 10:54
Yəhudilər müsəlmanlarla bağladıqları əhdi pozurlar
Qurani-Kərimin əlli doqquzuncu surəsi “Həşr” adlanır. 24 ayədən ibarət olan bu surə iyirmi səkkizinci cüz yerləşdirilmişdir. Mədinədə nazil olmuş "Həşr" surəsi İslam Peyğəmbərinə (s) nazil olan 101-ci surədir.

“Həşr” lüğətdə müharibə və sair işlərdə iştirak etdikləri üçün bir dəstəni sqovmaq və ya evlərindən çıxarmaqla bir yerə toplaşmaq deməkdir. Bu surənin ikinci ayəsində Bəni Nəzir qəbiləsindən olan yəhudilərin Mədinədən qovulması nəzərdə tutulur.

“Bəni Nəzir” İslam Peyğəmbərinin (s) Mədinəyə hicrət etdiyi dövrdə Mədinədə yaşayan yəhudi qəbilələrindən biri idi.

O zaman Bəni Nəzir müsəlmanlarla əhd bağladı ki, düşmən Mədinəyə hücum edərsə, müsəlmanlarla bərabər müdafiə edəcəklər.

Lakin Bəni Nəzir bağladıqları əhdi yerinə yetirmədi. Buna görə də İslam Peyğəmbəri (s) onlarla döyüşdü. Nəhayət, Bəni Nəzir məğlub oldu və Mədinədən qovuldu.

Bu surənin mövzuları ümumiyyətlə, Allahın gözəl ad və sifətlərlə tanıtımı, İslamda müharibənin hökm və qaydalarının bəyanı, yəhudi və münafiqlərin təhlükəsi və onların İslamın əleyhinə birləşməsi, Allahı unutmaq və onun nəticələri, məxluqatın ümumi təsbihi və Quranın insan ruhunun paklaşmasındakı təsirindən ibarətdir.

“Həşr” surəsi Allahın təsbihi və “Allah pak və müqəddəsdir” duası ilə başlayır. Bu mövzu bu surənin müxtəlif mövzularına giriş kimi qəbul edilir; Söz, böyük və müdrik Allah qarşısında məxluqların ümumi təsbih və mədhindən gedir.

Davamında o, Mədinə müqaviləsini pozan yəhudilərlə müsəlmanların münaqişəsi, müsəlmanların yəhudilərlə döyüşü və onların Mədinədən qovulması hekayəsindən bəhs edir.

Bu surənin ayələrinə əsasən, müsəlmanların əhd-peymanı pozan yəhudiləri məğlub edib qovmaq qüdrətinə malik olacağını heç kəs təsəvvür etmirdi. Lakin Allah onların qəlblərinə qorxu saldı ki, onlar öz əlləri ilə evlərini dağıtdılar.

Münaqişəsiz başa çatan bu müharibənin formalaşması bəhanəsi ilə mal və döyüş qənimətlərinin bölünməsi qaydaları ilə məşğul olur. Eyni zamanda münafiqləri günahlandırır, onların müsəlmanlara qarşı xain rəftarlarını ifşa edir.

Qısa bir hissədə Qurani-Kərimdən bəhs edərək onun insanın ruhunun paklaşmasındakı təsirini izah edir. Nəhayət, Allahın cəlal və camal xüsusiyyətlərinin mühüm bir hissəsini açıqlayır. İnsana Allahı tanımaq yolunda kömək edən Onun gözəl adlarını sadalayır.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031