Dərhal verilən cəza və mükafat daha ədalətli deyilmi?
Məadla bağlı verilən suallardan biri də budur ki, nə üçün yaradılış sistemində hər bir əməl dərhal mükafatlandırılmır və niyə ilahi əzab günahkarların başına dərhal gəlmir? Dərhal reaksiyanın cəmiyyətə təsiri daha çox deyilmi?
Mükafat və cəza o zaman ədalətli olar ki, biz təkcə əməlin özünə deyil, həm də onun nəticələrinə diqqət yetirək və Quranın buyurduğu kimi:" Biz onların (əvvəllər) nə etdiklərini və (özlərindən sonra) qoyub getdiklərini (əsərlərini) qeyd edirik” (Yasin, 12). Tutaq ki, kimsə möhtəşəm məclisə gəlib işığı söndürüb qaçıb. İşıqların söndürülməsinə görə heç bir cəza yoxdur, ancaq bu söndürmənin hansı problemlərə səbəb olduğunu görməliyik. Bəzən od xalçanın üzərinə düşərək xalçanı yandırır, bəzən adam tapança və ya bıçaqla başqa bir insana xəsarət yetirir, bəzən də insanlar qaranlıqdan pilləkənlərdən yıxılır və bərpası mümkün olmayan zərərlərə məruz qalırlar. Ona görə də biz təkcə işığın söndürülməsi məsələsini gündəmə gətirib, bununla bağlı hökm çıxarmamalıyıq. Əksinə, ədalətli cəza o işin törətdiyi bütün pis və yersiz nəticələri hesabladığımız zamandır. Bəzən insan dağıdıcı maddələr və ya müalicəvi dərmanlar icad edir. Belə adamları dərhal cəzalandırmaq düzgün deyil. Çünki biz dünyanın axırına qədər gözləməliyik və görməliyik ki, dağıdıcı maddə nə qədər insanı öldürüb və ya onun müalicəvi dərmanı nə qədər sağlam insanı sağaldıb. Sonra onları cəzalandırmalıyıq. Filmi, kitabı, kaseti, nitqi olan insan illərlə fəsad və ya yaxşılıq yaradır. Bu iş, illərlə insanlara yaxşı və ya pis təsir edir. Bu hallarda mükafatlandırmaq və cəzalandırmaqda tələsməməli və yalnız əməlin özünə baxmaq doğru deyil. Daha doğrusu, onun yaxşı və pis əməllərinin miqyasını ölçmək üçün dünyanın axırına qədər gözləmək lazımdır. Sonra ona mükafat və ya cəza verməliyik. Quran ayələri arasında qeyd olunan də bu məqama dəlalət edir. Həmçinin Həzrət Peyğəmbər (s) buyurur: “Kim bir yol və ya yaxşı bir əməl yaradıbsa, başqalarının savabını azaltmadan o yola qədəm qoyan və həmin əməli yerinə yetirənlərin savabına şərik olur. Əksinə, kim fitnə-fəsadın mərkəzini və ya fitnə-fəsad yolunu xalqın qarşısında qoyarsa, o yolda gedənlərin günahkar olması ilə yanaşı, həm də təsisçi üçün günahkarların günahı kimi bir günah yazılar. Buna görə də Məadın birinci dəlili “ilahi ədalət”dir. Yəni üç müqəddimə ilə sübut olunur ki, ədalətə görə qiyamət olmalıdır və o müqəddimələr binlardır: 1-Allahın və peyğəmbərlərin kəlam və əmrləri qarşısında iki qrup insan vardır: Bir qrup müxalif və bir qrup tərəfdar. 2- Dünya cəza yeri deyil. 3-Allah adildir və Onun ədaləti güclü əqli dəlillərlə öz yerində isbat edilmişdir. Allah insanların əməllərini mükafatsız və cəzasız qoymaz. Ona görə də mükafat və cəzanın yeri olmalıdır ki, o da Qiyamət günüdür. Möhsin Qəraəti tərəfindən yazılmış " İslamın əqidə prinsipləri; (Məad)" kitabından götürülmüşdür. Oxşar xəbərlər
|