“Səff” surəsində İsa Məsihin (ə) həvarilərinin siması
Mьəllif: Admin
Tarix: 13-02-2023, 11:09
“Səff” surəsində İsa Məsihin (ə) həvarilərinin siması
Qurani-Kərimin altmış birinci surəsi “Səff” adlanır. 14 ayədən ibarət bu surə Qurani-Kərimin iyirmi səkkizinci cüzündə yer almışdır. Mədinədə nazil olan surələrdən olan bu surə İslam peyğəmbərinə (s) nazil olmuş 111-ci surədir.

Bu surənin “Səff” adlandırılmasının səbəbi, bu sözün dördüncü ayədə keçməsidir ki, cihadçılar cərgəsinə işarə edir. Bu surədə qeyd olunan mövzular arasında Allaha həmd və pərəstiş, sözləri ilə əməlləri eyni olmayanların danlanması və cəzası, Allahın dininin son qələbəsi və onun bütün dünyanı əhatə etməsi, müxaliflərin onun qarşısını almaq üçün göstərdikləri səylərin nəticəsiz qalması və insanların malları və canları ilə cihada təşviq edilməsi var.

Bu surə möminləri Allah yolunda və din düşmənləri ilə döyüşməyə təşviq edir. Bu dinin dinsizlərin söndürmək istədikləri Allahdan bir nur olduğunu bildirir.

Həmçinin İslam Peyğəmbəri (s) haqq dini insanlara çatdırmaq üçün Allah tərəfindən bu məqama çatmışdır; Bu din, İsa ibn Məryəmin (ə) bəni-israilə xəbər vediyi dindir.

Həmçinin bu surədə vurğulanır ki, möminlər özlərinin etmədiklərini heç vaxt başqalarına tövsiyə etməməli və vəd etdiklərini yerinə yetirməlidirlər. Əgər verdikləri sözlərə əməl etməsələr, bu, onların qəlbində azğınlığa səbəb olar; Necə ki, bu azğınlıq Həzrət Musanın (ə) qövmündə yarandı.

Bu surənin son ayəsində həvarilər həzrət İsanın (ə) xüsusi və seçilmiş səhabələri kimi qeyd edilir.

Bu surənin məşhur ayələrindən biri də möminlərə qələbə müjdəsini verən “Allah dərgahından kömək və yaxın qələbə” (Səff, 13) ayəsidir.

Bəzi təfsirçilər bu ayənin İslam Peyğəmbərinin (s) dövründə Məkkənin fəthindən bəhs etdiyini demişlər. Digər bəzi təfsirçilər isə bu ayənin möminlərin axirəz-zamanda baş verəcək son qələbəsindən bəhs etdiyinə inanırlar.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031