Vəfalı olmaq unudulmuş bir dəyərdir
Bu bəhsimizdə də unudulmuş bir dəyərdən danışacayıq. O, vəfadarlıqdır. Vəfalı olmaq odur ki, bir şəxsin duzunu yeyib duz qabısını sındırmayasan.
Bu təqdirəlayiq fəzilət insanı Uca Allahın nemətlərindən və bəndələrinin yaxşılığından xəbərdar edir. Həmçinin o nemətləri və yaxşılıqları unutmaqdan və ya inkar etməkdən çəkindirir. Vəfalı olmaq son dərəcə vacib bir dəyərdir, lakin adətən insanlarda bu qiymətli dəyər yoxdur. Quranda insanlar üçün ölüm istənilməsi çox nadir olur. Lakin vəfasız və nankor insanlar haqqında Quranda belə bir təbir qeyd olunur: «قُتِلَ الْإِنْسانُ ما أَكْفَرَهُ» "Ölsün (kafir) insan! O nə nankordur!" (Əbəsə, 17). Vəfasızlıq adətən çətin vəziyyətlərdə və imtahanlarda özünü göstərir. Allah eləməsin kimsə imtahandan kəsilsin və ya yaxşı qiymət almasın. İnsanların çoxu vəfalı olmaq mövzusunda imtahandan kəsilir və çox az insan qəbul olunur. Quran buyurur: «وَ ما أَصابَكُمْ مِنْ مُصيبَةٍ فَبِما كَسَبَتْ أَيْديكُمْ وَ يَعْفُوا عَنْ كَثيرٍ» "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər" (Şura, 30). Etdiyiniz iş sizin başınıza gəlir. Nə əkərsiniz, onu biçərsiniz. Uca Allah insanın bir çox pisliklərini bağışlayar. O, bir çox pisliklərin və günahların üzə çıxmasına imkan vermir. Lakin bu gümanla insan günah edir və Allaha şikayət edir, yəni vəfasız olur. Bəzən insan həyasızlıq edib deyir: İlahi! Bu da olmadı. İlahi! Nə üçün bunu mənə edirsən? Bir halda ki, özünə deməlidir ki, niyə özünə belə edirsən? Niyə həm dünyada, həm də axirətdə sənə problem çıxaracaq pis əməlləri edirsən? Amma bu sözlərin yerinə və əməllərinin məsuliyyətini qəbul etmək əvəzinə günahı Allahın boynuna atır. Qurani-Kərim buyurur: «ما قَدَروا الله حَق قَدرِهِ» "Heç kim Allahın qədrini bilmir" (Ənam,91). Bu o deməkdir ki, biz hamımız Allaha vəfasızıq edirik. Kainatın Rəbbi bizə o qədər nemətlər verib. İndi insana bir nemət verilməyəndə tez Allaha şikayət edir, Bir halda ki, özü nemətin ona gəlməsinə mane olur. Çox sıxıntı içində olan, dərdindən şikayət edən və Allahdan intizarı olan insanlar Allahın çoxlu nemətlərini xatırlamalıdırlar ki, onlarda vəfadalıq yaransın. Məsələn, öz aralarında düşünsünlər ki, əgər Allah-taala onlara ağıl nemətini verməsəydi, nə olardı? Digər nemətləri özünə təlqin etmək və xatırlatmaq da vəfadarlığı gücləndirən bir yoldur. Peyğəmbərlərə və onların canişinlərinə vəfalı olmaq lazımdır. Əhli-beytə (ə) vəfalı olmaq Allah-Təala ilə bağlılıq baxımından zəruridir. İlahi elçilərə və səmavi kitablara sədaqətin minimum səviyyəsi onların xoşbəxtlik və qurtuluş üçün ruh verən göstərişlərinə əməl etməkdir. Uca Allaha və Onun peyğəmbərlərinə vəfalı olmaq zərurətindən əlavə, Allahın bəndələrinə də vəfalı olmaq lazımdır. Təəssüf ki, insanlar bir-birinə vəfalı deyillər. Hətta bəzi həyat yoldaşları bir-birinə xəyanət edirlər. Uşaqların çoxu valideynlərinə qarşı vəfalı deyillər. Qurani-Kərim bunu təkid edir. Allah tövsiyə vermək istəyəndə əvvəlcə Özünü, sonra isə valideynləri tapşırır. Əvvəlcə özünə ibadət etməyi, sonra isə ata-anasına yaxşılıq etməyi əmr edər. Buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (İsra, 23). Valideynlərinizlə çox maraqlanmalısınız. Valideynlər bacardıqları qədər sizin üçün çalışdılar. Anan səni fədakarlıqla böyüdüb, atan ömrünü sənin yolunda qoyub. İndi ki, böyümüsən, ata-ananın əlinin əsası olmalısan. Başqa insanlara qarşı da vəfalı olmaq lazımdır. İnsan öz yoldaşlarına və dostlarına vəfalı olmalıdır. Adətən insanlar bir-birinə xəyanət edirlər. Onun yanında vəfalı olduqlarını göstərirlər. Amma o, getdikdən sonra arxasında danışır və qeybətini edirlər. Qurani-Kərim buyurur: "Ey iman gətirənlər!... bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?!" (Hücürat, 12). Beləliklə, Allahın insanlardn istəyi Allaha, və bir-birlərinə qarşı vəfalı olmalarıdır. Yəni Allahın nəzərində o insan bəyənilir ki, Allahın və digər insanların duzunu yeyib duz qabısını sındırmasın. Oxşar xəbərlər
|