Kanada parlamentində hicab qadağası ləğv olunub
"İQNA", "Əl-Xəbər" saytına istinadən xəbər verir ki, Kanadanın İcmalar Palatası ictimai yerlərdə hicab qadağası ilə bağlı qanunu böyük əksəriyyəti ilə ləğv edib.
2019-cu ildə Kvebek yerli hökuməti tərəfindən həyata keçirilən bu qanun bütün dövlət işçiləri üçün dini geyimlərin, simvolların və s.-nin bütün təzahürlərini qadağan edir. İcmalar Palatasının 174 üzvü bu qanuna qarşı çıxıb. Bu qanunun ləğvi üçün Senat tərəfindən təsdiqlənməsi və bundan sonra Konstitusiya Məhkəməsində yekun qərarın verilməsi lazımdır. Bu qanun qüvvəyə minəndən sonra bir çox müsəlman qadın hicablı olduqları üçün müəllim işləyə bilmirdi. Qanun 21 dünyəviliyi təbliğ etdiyi üçün hüquq müdafiəçiləri tərəfindən tənqid edilib. Çünki bu qanuna görə, müsəlman qadınlar müəllim, polis və ya mühafizəçi işləmək istəsələr, hicab taxmağa icazə verilmədiyi üçün bu qanunun təsirinə məruz qalan ən böyük qruplardan biri olur. Kanada Milli Müsəlman Şurasının direktoru Stiv Braun deyib: "Mənim nəslim Kanada vətəndaşı kimi bərabərlik və hüquqlardan ilk istifadə edənlərdir. Amma mən düşünmürəm ki, biz bu vəziyyəti daha özümüz üçün saxlaya bilməyəcəyik". Oxşar xəbərlər
|