Dilin 20 bəlası
Dil elə bir bədən üzvüdür ki, ondan həm yaxşı şeylər üçün istifadə etmək olar, həm də günah üçün. Yəni, həm savab qazanmaq olar, həm də günah. Dilin günah və bəlaları çoxdur. Onlardan bəzisini tanıyaq:
1. Təhqir. İslam dinində böyük günahlardan biri də xəyanətdir. Xəyanət edən insan həm özünü və həm də başqalarını zəlil edər. Hər kim yoxsul mömini təhqir edər, Allahı təhqir etmiş olar. 2. Lovğalanmaq. Cəmiyyətdə artmaqda olan günahlardan biri də lovğalanmaqdır. O insanlar ki, özləri ilə öyünür, əslində çox həqir və alçaqdırlar. Quranda oxuyuruq: «Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz». (“Loğman” 18). 3. Günahını ifşa etmək. Başqalarının yanında günahını rüsvay etmək böyük günahdır. Əgər insanın günahı varsa, gərək onu Allahı ilə bölüşsün. İmam Rza (ə) buyurur: “Günahı gizlətmək 70 min yaxşı işə bərabərdir. Günahı danışmaq xarlıqdır. Gizlədən bağışlanılar”. 4. Şəxsi sirlərini gizlədə bilməmək. İnsan gərək sirrini saxlaya bilsin. Onu heç kəsə deməsin. Sənin sirrin o zamana qədər ki, açılmayıb - sən onun ağasısan, o zaman ki, açılar – qəm və qüssəyə səbəb olar və səni öz qulu edər. 5. Yersiz sözlər. İmam Əli (ə) dəfələrlə buyurmuşdur: “Ey insanlar! Təqvalı olun ki, insan əbəs yerə xəlq olmamışdır. Öz başına buaraxılmamışdır ki, yersiz danışsın”. 6. Yersiz suallar. Yersiz sual vermək də dilin bəlalarındadır və insan bu sualları vermək yerinə, düşünüb təfəkkür edə bilər. “Ey iman gətirənlər, (ömrün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin hikmətinə və kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın. Əgər Qur’an nazil (və vəhy mələyi hazır) olan zaman onların barəsində soruşsanız, sizin üçün aşkar olar. Allah onlardan (keçmişdə verilmiş yersiz suallardan) keçdi (onları əfv etdi). Allah çox bağışlayan və həlimdir”. (“Maidə” 101). 7. Səbəb olmadan üzr istəmək. Səbəbsiz yerə üzr istəmək günahı artırar və faydası yoxdur. İmam Əli (ə) buyurur: “Çoxlu üzr istəmək günahı artırar”. 8. Eyb axtarmaq. Eyb axtarmaq günahdır və İmam Sadiq (ə) buyurur ki, hər kim mömini günahına görə danlayarsa, Allah da onu dünya və axirətdə belə edər. 9. Başqalarını hədələmək. Başqalarını hədələmək - bəyənilməyən əməllərdəndir. İnsanın haqqı yoxdur ki, mömin insanı hədələsin. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim möminə elə nəzər salar ki, onu qorxudar, Allah onu qorxudacaqdır. O gün ki, Allahın kölgəsindən savayı kölgə olmayacaqdır”. 10. Yaltaqlanmaq. Çox təəssüf ki, bu gün yaltaqlıq çox artmışdır. İnsanlar bu yolla məqam və sərvətə çatmaq istəyir. Yaltaqlıq İslam mədəniyyətində çox rəzil bir əməldir və imanlı insana yaraşmaz. 11. Yalan. Yalançı – Allahın düşmənidir. Yalan bütün bəşər tarixində olmuş və insanları yolundan azdırmışdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Yalandan uzaq olun ki, pisliklərə yönəldər. Pisliklər isə atəşə tərəf yönələr”. 12. Yalandan vədə vermək. Yalandan vədə vermək insanların bir-birinə olan etimadını zəiflədər. Yalandan vədə vermək İlahi qəzəbə səbəb olar. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubda buyurur: “İnsanlara verdiyin vədədən boyun qaçırtmaqdan çəkin”. 13. Söyüş söymək. O insanlar ki, çirkin söz danışırlar, davanın meydana gəlməsinə səbəb olurlar. İmam Əli (ə) buyurur: “Hər kim söyüş söyər, özünə həsəd aparanı şad etmiş olar”. 14. Danlamaq. 15. Bilmədiyimiz şey haqqında danışmaq. Əgər insan bir şeyi bilmirsə, gərək onun haqqında nəzərini bildirməsin. Ona görə də bilmədiyiniz şeyi deməyin. 16. Minnət qoymaq. Əgər birinə yaxşılıq etmisinizsə, ona minnət qoymayın. Əgər belə etsəniz, həmin işi görməmiş kimi olarsınız. 17. Söhbət etməzdən əvvəl salam verməmək. Ədəb qaydalarından biri budur ki, insan danışmazdan əvvəl salam versin. İmam Sadiq (ə) buyurur: “Heç kəsin cavabını verməyə salam verməmiş başlamayın”. 18. Yersiz zarafatlar. Zarafat əgər şadlanmaq üçün olarsa, yaxşıdır. Lakin əgər yersiz olarsa, qəbul olunmazdır. İslam onu qəbul etmir və məzəmmət edir. Zarafatda həddi aşmaq insanları bir-birindən ayırar. 19. Yersiz and içmək. Bu gün ticarət işçilərinin bir çoxu öz malını satmaq üçün yalandan və yersiz yerə andlar içirlər. Halbuki, nəinki yalandan, heç doğrudan da and içmək bəyənilmir. İmam Sadiq (ə) buyurur: “Allaha nə doğru və nə də yanlış yerə and içməyin”. 20. Söz gəzdirmək. Söz gəzdirmək də günahdır və cəmiyyətdə fəsada yol açar. Əziz Peyğəmbər (s) buyurur: “Söz gəzdirən insan heç bir zaman behiştə daxil olmaz”. Oxşar xəbərlər
|