“Mülk” surəsində Allahın qüdrətinin manevri
Mьəllif: Admin
Tarix: 13-03-2023, 14:19
“Mülk” surəsində Allahın qüdrətinin manevri
Qurani-Kərimin altmış yeddinci surəsi "Mülk" adlanır. 30 ayədən ibarət olan bu surə iyirmi doqquzuncu cüzdə yerləşdirilmişdir. Məkkədə nazil olan bu surə İslam Peyğəmbərinə (s) nazil olan yetmiş yeddinci surədir.

“Mülk” hökmdar mənasındadır və Allahın bütün varlıqlar üzərində hökmranlığına işarə edir. Bu surənin adının verilməsinə səbəb bu surənin birinci ayəsində “Mülk” sözünün işlədilməsidir.

“Mülk” surəsinin əsas məqsədi Allahın hakimiyyətinin bütün dünya üçün ümumiliyini ifadə etmək və qiyamətdən xəbərdar etməkdir. Bu səbəbdən də bu surədə Allahın varlıq nizamının yaradılması və idarə olunmasından gələn bir çox nemətlərindən bəhs edir. Çünki əslində bu nemətləri xatırlamaq Allahın hər şeyə qadir olduğuna dəlildir.

Allahın kainat üzərində hökmranlığının ifadəsi də bu surədə xüsusi şəkildə ifadə edilmişdir. Bu ayənin ifadə növü, Allahın bütün varlıq üzərində elə tam hakimiyyət etməsinə işarə edir ki, O, orada hər hansı bir dəyişiklik edə və istədiyi şəkildə idarə edə bilsin. Həmçinin Onun qüdrətinin həddi-hüdudu yoxdur.

Bu surə Allahın hökmranlığına və qüdrətinə həmd ilə başlayır və yaradılışı, ölümü və həyatı insanlar üçün ilahi imtahan kimi təsvir etməyə davam edir.

Bu surədə insanın ölümü və həyatı Allahın mülk və hökmranlığının dəlillərindən biri kimi qeyd edilir. Bu ikisinin Allahın imtahanı adlandırıldığını, onu insanı Allaha yaxınlaşmağa layiq olmağa hazırlayan və saflaşdıran bir növ tərbiyə hesab etmişlər.

Beləliklə, kainat insanlar üçün böyük bir imtahan meydanıdır. Habelə bu imtahanın vasitəsi ölüm və həyatdır. Məqsədi elmi kamilləşdirmək, niyyəti saflaşdırmaq və hər bir yaxşı əməli görmək mənasına gələn ən gözəl davranışa nail olmaqdır.

Bu surənin mövzularını üç hissədə nəzərdən keçirmək olar: Birincisi, Allahın sifətləri və ecazkar yaradılış sistemi, xüsusən də göylərin və ulduzların yaradılması, yerin və yerin nemətlərinin yaradılması, quşların yaradılması və axan sular haqqında bəhslərdir. Həmçinin suların, qulaqların, gözlərin və tanımaq vasitələrinin yaradılmasıdır.

Sonra məad, qiyamət günü, cəhənnəm əzabı və əzab məmurlarının cəhənnəm əhli ilə söhbətindən bəhs edir. Üçüncü hissədə isə kafirlərə və zalımlara xəbərdarlıq edir. Onları hər cür dünya və axirət əzabları ilə hədələyir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031