İmkansızlara diqqət yetirməkdə Məadın rolu
Mьəllif: Admin
Tarix: 8-04-2023, 14:38
İmkansızlara diqqət yetirməkdə Məadın rolu
Axirətdə ilahi mükafatlara inanmaq insana motivasiya verir ki, əgər bu dünyada bir neçə gün sıxıntı və narahatlıq yaşasanız da ehtiyac günü olan Qiyamət günü çoxlu zəhmətinizin qarşılığını neçə bərabər alacaqsınız.

Doğrudan da, varlılar nəyə görə pulunu, var-dövlətini, döyüşçülər isə hansı səbəbə görə canlarını qurban verirlər? Ya hansı qüvvə insanı nəfs və ehtiraslarını bir kənara qoymağa sövq edə bilər?

Əgər Allah və Onun övliyaları ilə görüşmək məhəbbəti və Onun xatirəsi ilə danışmaq deyilsə, bütün bu enişli-yoxuşlu yolları keçmək üçün hansı motivasiya var ?

Əgər mükafat yoxdursa, insan niyə məsuliyyət qəbul etməlidir?

Əgər qisas yoxdursa, hansı qüvvə insanı aqressiyadan saxlayır?

Bu gün möminlər kafirlərin qarşısında bu çətinliklərə dözürlərsə, bunun səbəbi Qurandakı vədlər və müjdələrdir.

Quran buyurur: «فَالیومَ الّذینَ آمنوا مِن الكفّارِ یَضحَكون» "O gün (qiyamət günü) möminlər kafirlərə gülürlər" (Mütəffifin, 34).

Fironun həyat yoldaşı gözünü başqa yerə dikdiyi üçün Fironun qüdrətinə, var-dövlətinə, ad-sanına, sarayına və qızılına məftun olmur. O deyir: «ربّ ابنِ لِى عِندك بَیتاً فِى الجنّة» "İlahi! Məni Fironun sarayından xilas et və mənim üçün cənnətdə öz rəhmətinin yanında bir ev tik" (Təhrim, 11). Bəli, cənnət istəyən qəlbə, Fironun sarayı da zindan olur.

Həzrət Əli (ə) buyurur: «اَخسَرُ النّاس مَن رَضَى الدّنیا عِوَضاً عن الآخرة» İnsanların ən zərərlisi (axirət əvəzinə) dünyaya razı olan şəxsdir.

Məada imanın təqvada, əmanətdə, əmin-amanlıqda və bir çox ümumi və kiçik məsələlərdə rolu heç kimdən gizli deyil. Biz Quran və rəvayətlərdən yalnız bir neçə misal çəkdik.

Rəvayət edilmişdir ki, Həzrət Zəhranın (s) və İmam Əlinin (ə) övladları İmam Həsən (ə) və İmam Hüseyn (ə), uşaq ikən xəstələndilər. Allahın Rəsulu (s) öz əshabı ilə onları ziyarətə gəldi. İnsanlar evdən çıxarkən Həzrət Əliyə (ə) təklif etdilər ki, bu iki uşağın sağlamlığı üçün üç gün oruc tutmaq yaxşıdır. İmam (ə) qəbul etdi və onlar sağaldıqdan sonra Həzrət Əli (ə) həyat yoldaşı Həzrət Zəhra (s) ailənin qalan üzvləri ilə birlikdə oruc tutdu.

İftar vaxtı evdə yemək olmadığı və böyük zəhmətlə bir az çörək hazırlanmış halda, məğrib namazını bitirib iftar etmək istəyən kimi qapıdan bir səs eşitdilər ki, deyirdi: Mən kasıb və ehtiyaclıyam, mənə kömək edin! Həmin böyük şəxsiyyətlər çörəyini kasıblara verir və yalnız su ilə iftar edirlər.

İkinci gecə iftar vaxtı qapıdan səs gəldi ki, mən yetiməm, üçüncü gecə isə bir əsir qapı arxasından çörək istədi. Onlar üç gecədə su ilə iftar etdilər və bu fədakarlığın səbəbini “İnsan” surəsində belə oxuyuruq: «اِنّا نَخاف مِن ربّنا یَوماً عَبوساً قَمطَریراً...» "Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin bir gündən qorxuruq!" (İnsan, 10).

Həqiqətən də, qiyamətə iman insanı cəmiyyətin imkansız insanları qarşısında məsuliyyətli edir. İmkansızlara biganə qalanlar Qiyamət günü etiraf edəcəklər ki, bizi cəhənnəmə aparan amillərdən biri də bu laqeydlik olub: «وَ لَم نَكُ نُطِعمُ المسكین» “Biz yoxsulları yedizdirmədik” (Müddəssir, 44). Necə ki, "Maun" surəsində qeyd olunub ki, yetimlərə və imkansızlara laqeyd yanaşmağın səbəbi qiyamət gününə imanın olmamasıdır.

Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031