Qəflət quyusundan çıxış yolu
İnsani xüsusiyyətlərdən biri də insanın qəflət məkanı olan bir dünyada olmasıdır. İnsan unutqandır və bu bir həqiqətdir. Bu səbəbdən, Allah eləməsin, Ramazan ayının əhval ruhiyyəsini unuda bilərik. Bu qəflətə düşməmək üçün cəhaləti təlim və öyrənərək aradan qaldırdığımız kimi, xatlrlatmaqla və xatırladanla da qəflətimizi aradan qaldırmalıyıq.
İnsana xatırladan lazımdır. Təndirdən çörək bişirmək üçün o zaman yaxşı istifadə edə bilərik ki, bu təndirin odu içərisindən alovlansın, yoxsa, təndirə çöldə od qoymaqla olmaz. İnsanın ona təbliğ etmək üçün həmişə təbliğçiyə ehtiyacı olmamalıdır. İmam Cavad (ə) buyurur: اَلْمُؤْمِنُ يَحْتَاجُ إِلَى ثَلاَثِ خِصَالٍ تَوْفِيقٍ مِنَ اَللَّهِ وَ وَاعِظٍ مِنْ نَفْسِهِ وَ قَبُولٍ مِمَّنْ يَنْصَحُهُ "Möminə üç xislət lazımdır: Allahdan müvəffəq olmaq, öz içərisindən nəsihət edənin olması və ona nəsihət edənin nəsihətini qəbul etmək". İnsan mənəviyyatını qoruyub saxlamaq üçün Ramazan ayında olduğu kimi hər gecə və ya hər həftə bir gecə sübh azanına yarım saat qalmış oyanıb, Ramazan ayının sübhünü xatırlayıb Uca Allahla öz sirlərini danışa bilməli və ehtiyaclarını deyə bilməlidir. Bu məsələnin özü də bir növ Ramazan ayının əhval ruhiyyəsini xatırladan olacaq. Peyğəmbərdən (s) başqaları ilə görüşlərimizin necə olmasını soruşdular. Cavabında həzrət buyurdu ki, İsadan (ə) da bu məsələni soruşdular və o, çox gözəl cavab verdi ki, مَنْ يُذَكِّرُكُمُ اللَّهَ رُؤْيَتُهُ وَ يَزِيدُ فِي عِلْمِكُمْ مَنْطِقُهُ وَ يُرَغِّبُكُمْ فِي الْآخِرَةِ عَمَلُه "O kəs ki, onu görmək sizə Allahı xatırlatsın, Danışığı elminizi artırsın və əməli sizi axirətə həvəsləndirsin". Əbu Həmzə Somali duasının həssas yerlərindən biri də budur ki, “Allahım! Nə olur ki, dua etmək niyyətində olduğumuz zaman adi əhval-ruhiyyədə olmuruq və münacat edəndə süstlüklə üzləşirik? Belə olmasın ki, Sən bu qulu Özündən uzaqlaşdırasan və mən də zalımların məclisində oturub alimlərdən uzaqlaşım? İnsan mənəvi qəflətə səbəb olan amillərdən uzaq durmalı, ona təsir edə biləcək şəxslərlə ünsiyyətdə olmalıdır. İnsanın daxili təbliğçi ilə yanaşı, xaricdə də ona xatırladana ehtiyacı var. Əmirəl-möminin Əli (ə) buyurur: اِنَّ بِذَوِى الْعُقولِ مِنَ الْحاجَةِ اِلَى الاَدَبِ كَما يَظْمَأُ الزَّرْعُ اِلَى الْمَطَرِ "Ağıllı adamın ədəbə ehtiyacı əkinçinin yağışa ehtiyacı kimidir". İnsana daxili təbliğçi ilə yanaşı, zahiri təbliğçi də lazımdır. Müqəddəs yerləri ziyarət etmək, mənəvi və dini məclislərdə iştirak etmək, ölüm və qiyaməti xatırlamaq üçün hüzür məclislərində iştirak etmək, mənəvi cəhəti artırmaq, dini və əxlaqi mövzularda mütaliə etmək gedişatını təyin etmək, Quran ayələrinə və hədislərə gündəlik diqqət yetirmək kimi məsələlər o mənəvi əhval ruhiyyəni daxili aləmimizdə daha da gücləndirir. Əlbəttə, insanın uğur qazanması və bu işlərin öhdəsindən gələ bilməsi üçün önəmli olan günahı tərk etməkdir. Əmirəl-möminin Əli (ə) Peyğəmbərdən (s) soruşdu ki, bu ayda ən xeyirli əməl hansıdır? Peyğəmbər (s) buyurur ki, günahdan çəkinmək. Ramazan ayında gördüyümüz bütün işlər öz yerində çox xeyirlidir, lakin ən yaxşı və ən vacib əməl günahlardan çəkinməkdir. Həzrət Əmir (ə) buyurur: “Günahlardan çəkinmək yaxşı əməllərdən üstündür” Çünki günahlar yaxşı əməlləri məhv edər. Günahlar insanın içini çirkləndirir. Hər kəs çalışmalıdır ki, Ramazan ayından sonra "Qədr" gecələrində etdiyi tövbəsini qorusun. Əgər Allah eləməmiş insan sürüşərsə, yenə tövbə edib düz yola qayıtmalıdır. * Bu, Məhəmməd Əsədiqərmarudinin "İQNA"-ya müsahibəsindən bir hissədir. Oxşar xəbərlər
|