Tövbənin qəbul olmasının şərtləri
Mьəllif: Admin
Tarix: 27-09-2023, 10:35
Tövbənin qəbul olmasının şərtləri
"Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edələr. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (Nisa, 17).

Küsülü olmaqdan sonra barışıq və hicrandan sonra qovuşmaq necə şirindir! Həmçinin tövbə qapısını həmişə açıq qoyan səxavətli insanlarla işləmək necə də asandır!

Allah bu məqamda qəbul olan tövbənin şərtlərini bildirmişdir. Hər şeydən əvvəl insan pis bir iş görübsə, bu, bilərəkdən və haqqa inadkarlıq üzündən deyil, cəhalət və nəfsani vəsvəsələrin qələbə çalması üzündən olmamalıdır.

İkincisi, tövbədə sədaqətli olmağın əlaməti odur ki, insan səhv etdiyini anladığı zaman o səhvinə davam etməsin və tez tövbə etsin.

Buna görə də Allah Həzrət Adəmin (ə) tövbəsini qəbul etdiyi kimi bilmədən pis bir iş görən və bunu bilən kimi tövbə edib qayıdan kəslərin tövbəsini qəbul edər.

Nə böyük xoşbəxtlikdir ki, insanın tövbəsini qəbul etsinlər. Həmçinin nə qızıl fürsətdir ki, vücudumuzun kitabını xətalardan təmizləyə bilək.

Nə mehriban müəllimdir ki, bizi imtahan sessiyasına oturtdurub elan edir ki, istənilən kitaba müraciət edə bilərsən, istədiyin adamdan gizlin yox, ucadan soruşa bilərsən, məsləhətləşə bilərsən, hər gün imtahan vərəqini götürəcəklər. Yenə sabah yeni kağız və yeni gün verəcəklər.

Bütün bu imkanlarla varlığının yazısını düzəldə bilməyən o tələbə nə qədər axmaq və istedadsız olmalıdır. Sözsüz ki, yalandan yazmırlar. Odur ki, yalanı həyatımızdan silib yazaq: “Həqiqəti söyləmək lazımdır”. Habelə insafsızlığın üstündən xətt çəkib yazaq: “İnsaflı olmalıyıq”.

Ariflər tövbənin tərifində incə sözlər deyiblər. O cümlədən məşhur arif Buşanci belə demişdir: “Nə zaman bir günahı yadına salırsan və ondan ləzzət almırsansa, bu, tövbədir”.

Yəni tövbənin həqiqəti insanın günah işlətdiyi yerdən başqa bir mərtəbəyə yüksəlməsidir ki, ikinci mərtəbədə həmin günah üçün heç bir yer və cazibə yoxdur.

* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031