İmam Səccadın (ə.s) çətinlik və bəla zamanı etdiyi dua
Mьəllif: Admin
Tarix: 1-10-2023, 10:34
İmam Səccadın (ə.s) çətinlik və bəla zamanı etdiyi dua
“İlahi! Mənə bir bəla düçar olmuş ki, onun çətinliyi və ağırlığı məni əldən salmış, elə bir çətinliklər mənə üz vermiş ki, onlara dözmək mənə ağır olmuşdur, onu Sən öz qüdrətinlə mənə rücah etmisən;

İlahi! Sənin rücah etdiyini kimsə geri apara bilməz. Sənin göndərdiyini geri qaytara bilməz. Sənin açdığın bir şeyi kimsə bağlaya bilməz.

Sənin bağladığın bir şeyi kimsə aça bilməz.

Sənin çətinləşdirdiyin bir şeyi kimsə asan edə bilməz.

Sənin zəlil etdiyin kimsəyə bir yardımçı olmaz, belə isə Muhəmməd və onun soyuna salavat göndər, və öz rəhmətinlə, ey mənim Rəbbim, rahatlıq qapısını üzümə aç.

Öz qüdrətinlə həyat meydanında qəm sultanının hökmünü sındır, istədiyim şeydə məni öz mərhəmətinlə kamala çatdır, istədiyimə icabətin şirinliyini daddır.

Öz tərəfindən mənə könül oxşayan bir icabət nəsib et, mənim üçün bəlalardan tezliklə bir nicat qərar ver, qəmə düşməyimlə məni öz vacibat müstəhəb-batından saxlama, çünki mən başıma gələn hadisənin ucbatından taqətsiz olmuşam.

Qəlbim həyatında baş verən bu bəladan qəm-qüssə ilə dolmuşdur və Sən düşdüyüm bu bəlanı aradan aparmağa qadirsən, belə isə öz qüdrətini mənim barəmdə işə sal, hərçənd Sənin tərəfindən buna layiq deyiləm. Ey böyük ərşin Pərvərdigarı!”

(Səhifeyi-Səccadiyyə, 7-ci dua)

Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031