Ayətullah Amuli: “Namaz qılanlar Qiyamətə imanı olanlardır”
Ayətullah Cavadi Amuli buyurur:
“Namaz qılanlar Qiyamətə imanı olanlardır. Çünki məadı xatırlamaq insanı pak edər. İnsanın bütün çətinlikləri Qiyaməti unutduğuna görədir. وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ “O kəslər ki, cəza gününü təsdiq edərlər”.[1] Quran fəsad əhlinin fəsadlarını sayarkən buyurur: لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ “Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır”.[2] Onlar hesab gününü unutduqlarına görə əzaba duçar olarlar. Namaz qılan Qiyaməti unutmaz, ona imanı olar: وَالَّذِينَ هُمْ مِنْ عَذَابِ رَبِّهِمْ مُشْفِقُونَ “O kəslər ki, öz Rəbbinin əzabından qorxarlar”.[3] Namaz insanı Qiyamət gününə görə qorxudar və məadı xatırlatmaqla xəbərdar edər: إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ “Çünki, Rəbbinin əzabından arxayınçılıq yoxdur”.[4] İlahi əzabdan kim amanda qala bilər? İnsanın əlində buna görə zəmanət kağızı vardırmı? Həzrət Peyğəmbər (s) buyurur: “Bilin! Allah-Təala – insanların aləmlərin Rəbbi qarşısında duraçaqları gün – namaz qılanlara və səcdə edənlərə əzab verməyəcəyinə, cəhənnəmdə yandırmayacağına öz izzətinə and içib”.[5] Hamının qorxacağı gün namaz qılan və səcdə edənlər qorxmazlar. Çünki cəhənnəm odununun səsini eşitməzlər: لَا يَسْمَعُونَ حَسِيسَهَا “Onlar onun uğultusunu belə eşitməzlər”.[6] İmam Sadiq (ə) buyurur: “Namaza başlayarkən sonuncu dəfə namaz qılan kimi namaz qılın. Ola bilər ki, əcəl sizə növbəti namaza çatmağa möhlət verməsin””.[7] www.ahliman.info [1] «Məaric» surəsi, ayə 26. [2] «Sad» surəsi, ayə 26. [3] «Məaric» surəsi, ayə 27. [4] «Məaric» surəsi, ayə 28. [5] «Ərbəin» Şeyx Bəhai, hədis 9. [6] «Ənbiya» surəsi, ayə 102. [7] «Əmali» Şeyx Müfid səh. 212. Oxşar xəbərlər
|