Yazıq Adəm oğlu!...
Mьəllif: Admin
Tarix: 6-12-2023, 10:44
Yazıq Adəm oğlu!...
İmam Əmirəlmöminin Əli (ə) bu hikmətli kəlamında insanın zəifliyinin üzərindən pərdəni götürür, onu qəflətdən ayıldıb təkəbbür hissini sındıraraq göstərir ki, insanın malik olduğu bütün güclü cəhətləri, bacarıq və qabiliyyətləri qarşısında təəccüb doğuracaq zəif cəhətləri də vardır.

Bir sözlə, o Həzrət insanın altı zəif cəhətinə toxunur ki, onun üçü insanın daxilindən, digər üçü isə xaricindən qaynaqlanır.

İmam buyurur:

مسكين ابْنَ آدَمَ؛ مَكْنُومُ الْأَجَلِ، مَكْنُونُ الْعِلَلِ، مَحْفُوظُ الْعَمَلِ تُؤْلِمُهُ الْبَقَةُ، وَتَقْتُلُهُ الشَّرَقَةُ، وَتُنْتِنُهُ الْعَرْقَةُ

"Yazıq Adəm oğlu! Əcəli naməlum, xəstəliyinin səbəbləri gizli və (bütün) əməlləri qorunub-saxlanılır. Ağcaqanad onu incidir, boğazında qalan qida onu öldürür və bədən təri isə onu iyləndirir."

İmam (ə) bu hikmətli kəlamı ilə Allahın xəlifəsi, yaradılışın şah əsəri və ilahi mələklərin səcdəgahı olan insanın məqam və əzəmətini kiçiltmək istəmir.

Əksinə onu qəflətdən ayıldıb, təkəbbür hissini sındırmaq istəyir. Həmin qəflət və təkəbbür ki, onu hər cür günaha, zülmə, haqsızlığa və saysız-hesabsız fəsadlara bulaşdırır.

Maide.Az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031