Cəfəri Təyyar namazı
Mьəllif: Admin
Tarix: 20-01-2024, 10:50
Cəfəri Təyyar namazı
Namazın qılınma qaydası:

Cəfəri Təyyar namazı ən fəzilətli müstəhəb namazlardandır.

Bu namazı Cəfəri Təyyar niyyəti ilə qılınır və müşəxxəs zamanı yoxdur, hər hansı bir zamanda qılınmasına təkid olunub.

Namaz dörd rəkətdir. İki ədəd iki rəkətli namaz şəklində qılınır.

Birinci namaz:

Birinci rəkətdə həmddən sonra (Zəlzələ) surəsi oxunur ,onun ardınca 15 dəfə təsbihati ərbəə (subhanəllahi vəlhəmdulillahı və la ilahə iləllahu vəllahu əkbər) oxunur.

Sonra rükuya gedib rükunun zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə) 10 dəfə deyirsən sonra isə rükudan qalxıb qiyam halında dayanıb həmin zikri (təsbihati ərbəə) yenidən 10 dəfə dedikdən sonra səcdəyə gedirsən.

Səcdədə səcdənin zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə) 10 dəfə deyirsən. Alnını səcdədən qaldırıb diz üstə oturarkən (yəni iki səcdə arasında) həmin zikri (təsbihati ərbəə) yenidən 10 dəfə dedikdən sonra ikinci səcdəyə gedib səcdənin zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə) 10 dəfə deyirsən.

Sonra səcdədən qalxıb diz üstə oturduğun halda 10 dəfə həmin zikri (təsbihati ərbəə) dedikdən sonra ikinci rəkət üçün qiyam halına qalxırsan.

İkincici rəkətdə həmddən sonra (Vəl adiyat) surəsini oxuyursan .sonra isə birinci rəkətdə dediklərimiz kimi təkrar olaraq əməl edirsən, ikinci səcdədən qalxıb həmin zikri (təsbihati ərbəə) 10 dəfə dedikdən sonra təşəhhüd və salamı verib birinci iki rəkəti sona çatdırırsan.

İkinci namaz:

Birinci rəkətdə Həmddən sonra (Nəsr) surəsini oxuyursan və sonra isə yuxarıda dediklərimiz kimi təkrar olaraq əməl edirsən.

İkincici rəkətdə isə Həmddən sonra (İxlas) surəsini oxuyursan və sonra isə yuxarıda ddiklərimiz kimi təkrar olaraq əməl edirsən.

Yenədə sonra ikinci səcdədən qalxdıqdan sonra ikinci səcdədən qalxıb həmin zikri (təsbihati ərbəə) 10 dəfə dedikdən sonra təşəhhüd və salamı verib ikinci iki rəkəti sona çatdırırsan.


Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031