İnsan necə ölür?
Mьəllif: Admin
Tarix: 28-01-2024, 10:48
İnsan necə ölür?
“Əcəl” sözünün lüğətdə mənası “əvvəlcədən təyin edilmiş zaman” deməkdir.

İnsan üçün biçilən ömür payı sona yetişdikdə o, dünya həyatından köç edir. Əcəli insan həyatının sonu kimi də anlaya bilərik. İnsanların fərqli səbəblərdən ölməsinə görə əcəlin növləri də müxtəlif olur.

Əcəlin növləri

Qurani-Kərim insan üçün iki növ əcəl qeyd etmişdir: “Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur.

Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli “məhv və isbat” lövhəsində yazıb, qəti əcəl isə “Lövhi-Məhfuz”dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz?”

1. Musəmma: Təbii əcəl, qəti əcəl. İnsanların çox az hissəsi təbii əcəl ilə dünyadan köçür.

2. Muəlləq: Hər hansı bir hadisəyə bağlı olan ölüm. Ölümü tezləşdirən səbəblər.

Hədis: “Günahları səbəbindən ölənlərin sayı əcəl səbəbindən ölənlərin sayın¬dan çoxdur. Yaxşılıq səbəbi ilə uzun yaşayanların sayı təbii ömür yaşayanların sayından artıqdır.”

Rəvayətlərdə gəlmişdir: “Allaha pənah aparıram o günahlardan ki, ölümü yaxınlaşdırır, evləri viran qoyur.”

Hadisələrlə bağlı olaraq baş verən ölümlər özü də müxtəlif cür ola bilər. Lakin ən yaxşısı və şərəflisi “qırmızı ölüm” adlanan şəhidlikdir.

Ölümün rəvayət¬lərdə digər növləri də vardır ki, biz onları burada sadalamağa lüzum görmürük.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031