“Vaxtsız ölüm” ifadəsi Allaha asilikdir?
Əcəlin növlərində öyrəndik ki muəlləq (hadisələrə bağlı olan, qeyri-təbii ölüm), musəmmanı (Allah tərəfindən təyin olunmuş təbii əcəl) qabaqlasa, onda demək bu ölüm insanın ya öz günahına görə, yaxud özündən asılı olmayan bir hadisəyə görə baş vermişdir. Qeyri-təbii ölüm hadisələrinə “vaxtsız ölüm” desək, heç yanılmarıq. Çünki bu cür ölümlər Allahın təyin etdiyi musəmma – ölümü qabaqlamışdır.
Bəzən bir cavanın qeyri-təbii yollarla (təbiət hadisələri, qəzalar, ölümcül xəstəlik və sairə) vəfat etməsi onu itirənlərə acı verir və kimsə onun vaxtsız dünyadan getdiyini dilinə gətirirsə, burada Allaha asi olacaq bir əməl yoxdur. Çünki o, həqiqəti demişdir. “Vaxtsız ölüm” ifadəsi ilə heç kimsə Allaha qarşı gəlmək, ona asilik etmək iddiasında deyildir. Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı. Ahlibeyt.ge Oxşar xəbərlər
|