Can verən şəxs ilə bağlı üç məsələ
Mьəllif: Admin
Tarix: 10-02-2024, 10:22
Can verən şəxs ilə bağlı üç məsələ

1. Can verən şəxsi üzünü qibləyə çevirmək:

Can verən kimsənin üzü qibləyə duracaq şəkildə arxası üstə yatırılması onun yaxınlarının üzərinə düşən vəzifədir. Bu mövzuya hədis və rəvayətlərdə işarə olunmuşdur.

Həzrət Əli (ə) buyurmuşdur: “Can verən kimsənin üzünü qibləyə çevirmək İslami vəzifələrdəndir”

Digər rəvayətdə buyurulur: “Peyğəmbər (s) can verən Əbdul Muttəlib oğullarından birinin yanına getdi. Onun üzü qibləyə tərəf çevrilməmişdi.

Bunu görən Peyğəmbər (s) belə buyurdu: “Onun üzünü qibləyə doğru çevirin, belə olduqda Allah və mələklər üzünü ona tərəf çevirərlər (mərhəmətini ona tərəf yönəldərlər). Bu vəziyyət can bədəndən çıxana qədər davam edər.

Başqa bir rəvayətdə isə buyurulur: “Can verən kimsəni digərlərinin etdiyi kimi arxası qibləyə tərəf olacaq şəkildə deyil, ayaqlarının altı qibləyə duracaq şəkildə arxası üstə yatırın.”

2. Can verməkdə olan kimsəyə - Kəliməyi şəhadət, Lə iləhə illəllahı təlqin etmək:

Hədis: “Can verən hər hansı bir kimsənin yanında olduqda, ona Allahın birliyini, şəriki olmadığını, Muhəmmədin onun qulu-elçisi olduğunu təlqin et.”

Yenə hədisdə buyurulur: “İblis öz dostlarına can verən hər bir insanı küfr etməyə və dinində şübhəyə salmaq üçün əmr verir. Lakin onlar mömin olan kəsləri aldada bilməzlər. Odur ki, can verməkdə olan yaxınlarınızın yanına gəldikdə, o ölənə qədər ona Allahın birliyini və Muhəmmədin onun elçisi olduğunu təlqin edin.”

Hədis: Ölüm mələyi də mömin kimsəyə son anlarında Allahın birliyinə və Muhəmmədin onun elçisi olduğuna şəhadət gətirməyi təlqin edir.”

Hədis və rəvayətlərdə kəliməyi-tövhid – “Lə iləhə illəllah” xilas kəlməsi olaraq gətirilmişdir. Çünki insan o kəlmə ilə imanını, dinini xilas edir.

Allah Rəsulu (s) buyurur: “Ölüm üzrə olan yaxınlarınıza “Lə iləhə illəllah” ifadəsini təlqin edin. Çünki kimin son sözü Lə iləhə illəllah olarsa, Cənnətə girər.”

Peyğəmbər (s) buyurdu: “Ölüm yatağında olanlarınıza “Lə iləhə illəllah” ifadəsini təlqin edin. Çünki bu söz bütün günahları silib aparır”.

Bu vaxt kimsə soruşdu: “Ey Allahın Rəsulu (s), bu sözləri sağlığında desə, necə?”

Peyğəmbər (s) buyurdu: “Bu, günahları daha da çox silər”.

Allah Rəsulu (s) sözünə davam edərək buyurdu: “Bilin ki, “Lə iləhə illəllah” ifadəsi hər bir möminin həm həyatında, həm ölüm yatağında və həm də Qiya¬mət günü təkrar dirildiyində onun qorxululuğunu canından çıxarır”.

Cəbrail (ə) buyurdu: Ey Muhəmməd (s)! Qiyamət günü dirilənlərin üzlərinə nəzər salsan, bəzisi üzüağ ayağa qalxıb “Lə iləhə illəlah” deyə səslənərkən, bəzisi də üzüqara şəkildə qalxıb, “vay mənim halıma” deyəcəkdir.”

3. Ölüm yatağında olan kimsənin başı üzərində “Yasin” və “Saffat” surələrinin oxunması:

Can verən şəxsin yanında Qurandan surələr, xüsusən də “Yasin” və “Saffat” surələrinin oxunması çox faydalı və savabdır, can verən şəxsin canını tapşır¬masına kömək edir. Bu mövzuda kifayət qədər hədislər vardır. Nümunə üçün ikisini sizə təqdim edirik:

Peyğəmbər (s) buyurur: “Yasin Quranın qəlbidir. Kim Allaha görə Yasin oxusa günahları bağışlanar.”

Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Ey Əli (ə)! Can verən hər hansı bir kim¬sənin yanında Yasin surəsi oxunarsa, Allah ölümü onun üçün yüngülləşdirər.”


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

Ahlibeyt.ge


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031