Ölümdən sonrakı hökmlərin hikmət və fəlsəfəsi (I)
Mьəllif: Admin
Tarix: 12-02-2024, 13:24
Ölümdən sonrakı hökmlərin hikmət və fəlsəfəsi (I)
1. Vəfat xəbərinin qonşulara bildirilməsi:

Ölən insanın yuyulması, kəfənlənməsi, qəbrinin qazılması və bu kimi işlərin yerinə yetirilməsi üçün qohum-əqrəbaya, dostlara mərhumun (yaxud mərhumənin) ölüm xəbəri verilmələri təkid edilmiş sünnətdir.

Hədisdə gəlmişdir: “Ölünün cənazə mərasimində iştirak etmələri, ona cənazə namazı qılmaları, onun üçün Allahdan bağışlanma diləmələri məqsədilə ölən kimsənin yaxınları, ölüm xəbərini onun yaxın dost-tanışlarına xəbər verməli¬dirlər. Bu, onlar üçün savab yazıldığı kimi, mərhum üçün də məğfirət yazılar.”

Peyğəmbər (s) zamanında peyğəmbərin (s) məscidinin təmizliyini edən səhabə (yaxud bir qadın) gecə vəfat etdi və eyni gecədə dəfn edildi. Səhəri gün hadisəni eşidən Allah Rəsulu (s) “Onun ölümünü niyə mənə xəbər vermədi¬niz?” – deyə buyurdu.

Səhabələr dedilər: “Biz ona o qədər də önəm vermədik. Peyğəmbər (s) buyurdu: “Onun qəbrini mənə göstərin.” Peyğəmbər (s) onun qəbri üstə gələrək cənazə namazı qıldı.”

Bu hədis ölüm xəbərinin digərlərinə çatdırmaq mövzusunda həssaslığı bəyan edir.

2. Ölüyə qüsl verilməsinin və kəfənləməsinin gecikdirilməməsi:

Gündüz vəfat edən şəxsi gecikdirmədən yuyub kəfənləmək lazımdır. Allah Rəsulu (s) buyurmuşdur: “Ey insanlar! Sizdən hər hansı bir şəxs gündüz vəfat edən yaxının cənazəsinin kəfənlənməsinin gecəyə, gecə ölənin də kəfənlənməsi işini səhərə saxlamasın. Ölülərinizin kəfənlənməsi üçün Günəşin doğmasını və ya batmasını gözləməyin. Onları istirahət yerlərinə çatdırmağa tələsin.”

Həzrət Peyğəmbərdən (s) gələn bir rəvayətdə buyurulur: “Günün birinci yarısında vəfat edən kimsənin kəfənlənməsi işini günortaya qədər tamamlayın.”

Yenə bir rəvayətdə “birisi öldükdə dərhal onun kəfənlənməsi işinə başla və bu işi tez yerinə yetir” deyə gəlmişdir.

Həzrət Əli (ə) buyurmuşdur: “Kəfənlənmə işini tez yerinə yetirin ki, səhər tezdən vəfat edəniniz günortasını, axşama doğru öləniniz də gecəsini məzarda keçirsin.”

Qeyd olunan məsələləri bəzən gecikdirmək də olar. Bəzi insanların ölümü dəqiqləşməyibsə, bu mərasimləri gecikdirmək olar. Hətta bəzi rəvayətlərdə gəlmişdir ki, bu kimi hallarda cənazə mərasimi üç günə qədər gecikdirilə bilər.


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031