Ölünün kəfənlənməsinin fəlsəfəsi
Mьəllif: Admin
Tarix: 18-02-2024, 13:16
Ölünün kəfənlənməsinin fəlsəfəsi
Fəzl ibn Şazanın nəql etdiyi hədisdə ölünün kəfənlənməsinin fəlsəfəsi belə izah edilir: “Cənazəni kəfənlənmək ona görə əmr edildi ki, ölən şəxs Rəbbinin qarşısına təmiz bir cəsədlə çıxsın və məhrəm yerləri onu dəfn etməyə aparanlara görünməsin və yaxud insanlar onun bəzi çirkin görüntülərinə şahid olmasınlar.

Dirilərin gözündə daha sevimli və təmiz olsun, dostunun iyrənməsinə, nifrət duymasına vasitə olmasın. Yoxsa onun sevgisini unudar, mirasına yiyə çıxmaz və vəsiyyəti yerinə yetirməz.” (“Əl-Vəsail”, c. 2, “Əbvabut-təqfin”, bölmə: 1, hədis: 1; “Biharul-Ənvar”, c. 81, səh. 324)

Kəfənin ağ rəngdə, pambıq və keyfiyyətli parçadan olması sünnədir. Bu məzmunda qeyd olunan hədisdə Allah Rəsulu (s) buyurur: “Ağ rəngli paltar geyinin. Çünki o daha gözəl, daha təmizdir. Ölülərinizi də ağ rəngli parça ilə kəfənləyin.” (“Əl-Vəsail”, c. 2, “Əbvabut-təqfin”, bölmə: 19, hədis: 1; “Təhzibul-Əhkam”, c.1, səh. 434).

Peyğəmbər (s) başqa bir hədisdə belə buyurmuşdur: “Ən xeyirli paltarları¬nız ağ rəngdə olanlardır. Elə isə diriləriniz ağ rəngli paltar geyinsin. Ölülərinizi də ağ rəngli parça ilə kəfənləyin.” (“Tirmizi”, Cənaiz, 18; “Biharul-Ənvar”, c. 81, səh. 329; “Əbu Davud”, “Tibb”, 14)

Başqa bir rəvayətdə isə buyurulur: “Kətan İsrail oğullarına aiddir. Onlar cənazələrini onunla kəfənləyərlər. Pambıq isə Muhəmməd (s) ümmətinə aid olan parçadır.” (“Əl-Vəsail”, c. 2, “Əbvabut-təqfin”, bölmə: 20, hədis: 1-2; “Təhzibul-Əhkam”, c. 1, səh. 432)

İslam dini diriyə qoyduğu hörməti ölüyə də qoyur. Qüsl, kəfən və dəfn insanın məqamına hörmət əlaməti sayılır.


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge




Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031