“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi
Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə çatmaq üçün istisnasız olaraq bütün dini göstərişlərə əməl etmək lazımdır.
Əgər bütün hökümlər Allah tərəfindən göndərilibsə insan hansı əsasla bir hökmü qəbul, digərini inkar edə bilər. Allahın hökmünü öz xətalı ağlı ilə ölçən insan Allaha yox, öz nəfsinə pərəstiş edir. Qurani-Kərimi qüsurlu hesab edən insan həqiqi kafirdir. Bu cür küfrün batini küfrdür, zahiri isə İslamla pərdələnmişdir. Zahirən müsəlmanlığa əməl edib batində həmin əməllərə inanmayan insan cəhənnəm əhlidir. Dildə şəhadət kələmələrini deyən insan zahirən müsəlman olur. Amma bu həqiqi müsəlmanlıq deyil. Əslində münafiq hesab edilən bu insanlar peyğəmbər dövründə də var idi və Həzrət Peyğəmbər (s) onlarla başqa müsəlmanlar kimi rəftar edirdi. Hər halda açıq kafirlə gizli kafirə zahirən eyni münasibət göstərmək olmaz. Əməl azaldıqca iman dərəcəsi də azalır. Amma hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir. Yalnız bütün dini göstərişləri qəlbən qəbul edib bu göstərişlərə əməl etmək fikirində olan insan imanın birinci pilləsinə qədəm qoyur. Qəlbən qəbul etdiyi buyuruqlara qismən əməl edən insan öz əməlinə uyğun iman mərtəbəsində yer tutur. Diqqət edin, söhbət qismən qəbul etməkdən yox, qismən əməl etməkdən gedir. Yəni hansısa bir ilahi göstərişi qəlbən qəbul etməyən insanda iman axtarmağa dəyməz. Allahı qəbul edən insan Onun qarşısında tam təslim olur. Allah qarşısında qismən təslimçilik məqbul deyil. Amma bütün dini buyuruqları qəlbən qəbul etmiş insan bu buyuruqlara qismən əməl edirsə, o, kafir yox, günahkar mömin sayılır. Kafirin nöqsanı inamında, günahkarın nöqsanı isə əməlindədir. Günahkar şəxs kafir şəxsdən fərqli olaraq bütün həqiqətləri qəbul edir, sadəcə, nəfsin vəsvəsələri ucbatından əmələ münasibətdə süstlük göstərir.” (ahliman.info) Oxşar xəbərlər
|