SİRLƏRİN ZÜHURU
Mьəllif: Admin
Tarix: 20-02-2024, 12:11
SİRLƏRİN ZÜHURU

Hər kəsin daxilində bir xüsusiyyət varsa, haçansa üzə çıxacaq; nə yaxşı olar ki, insanın daxili ilahi sirlərlə zənginləşsin ki, üzə çıxdıqda da, onun ruhu və reyhanı ətraf mühiti ətirləndirsin. Bundan da gözəl nə ola bilər!

Bizim özümüzü göstərmək kimi bir vəzifəmiz yoxdur, amma yaxşı insan olmaq vəzifəmizdir və bu yaxşılıq, istəsək də, istəməsək də, öz-özünə üzə çıxacaq və zühur edəcək.

Odur ki, özümüzü göstərmək iddiasında olmamalıyıq. ﴾وَ جَعَلْنا لَهُ نُوراً یمْشی‏ بِهِ فِی النَّاسِ﴿ "İnsanlar arasında gəzmək üçün ona bir nur verdik" – ayəsinə ("Ənam" / 122) əsasən, yaxşı insan özünü göstərmək fikri və niyyətində olmur.

Allah-Taala insanlara elə bir ağıl verib ki, yaxşı insanın saflığı və paklığını onun rəftarından, oturuş və duruşundan anlayırlar.

Allah-Taala buyurur ki, İslam sisteminə, İslam camiəsi və cəmiyyətinə xəyanət etmək niyyətində olan kəsi rahat və asanlıqla buraxmayacağıq:

أَمْ حَسِبَ الَّذِینَ فِی قُلُوبِهِم مَرَضٌ أَن لَن یخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ

"Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!" ("Muhəmməd" / 29.)

Daxilində mərəz və xəstəliyi olanlar (mərəz və xəstəliklərini) hər zaman gizlədə biləcəklərini və Bizim onları zahirə çıxarmayacağımızı düşünürlər, lakin, yanılırlar, Biz zahirə çıxaracağıq.

Beləliklə, biz öz abır-həyamızı qorumalıyıq. Abır-həyanı qorumağın ilk yolu batini təmizləyib saflaşdırmaqdır.

Əgər – Allah eləməsin – insanın batini saf və təmiz deyilsə, bu, bir yolla özünü göstərəcək; bir gün ya nitqində, ya davranışında, ya da yazısında üzə çıxacaq.

İnsan səhvsiz və unutqansız deyil. Səhvini unutduğu zaman həmin hadisə özünü göstərəcək!

Maide.az



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031