Cənazənin dəfni
Mьəllif: Admin
Tarix: 20-02-2024, 12:24
Cənazənin dəfni
Cənazə yuyulub, kəfənlənib, namazı qılındıqdan sonra onu dəfn etmək müsəlmanların borcudur. Dəfndə iştirak etmək, cənazənin aparılmasında yardım etmək və bu qəbildən olan işlər dinimiz tərəfindən bizə tövsiyədir. Hədis və rəvayətlərdə bu iş üçün fövqəladə savab qeyd edilmişdir.

Nümunə üçün bəzisinə nəzər salaq:

Həzrət Əli (ə) buyurmuşdur: “Kim bir cənazənin daşınmasında iştirak edərsə, Allah ona dörd savab yazar: birincisi, cənazənin aparılmasında kömək etdiyi üçün, ikincisi, cənazə namazı qıldığı üçün, üçüncüsü, dəfn edilənə qədər gözlədiyi üçün, dördüncüsü də mərhumun sahiblərinə baş sağlığı verdiyi üçün.” (“Furu-ul Kafi”, c. 3, səh. 173; “Əl-Vəsail”, c. 2, səh. 822. bölmə 48; “Biharul-Ənvar”, c. 81, səh. 268)

Başqa bir rəvayətdə deyilir: “Kim bir müsəlman cənazəsinin daşınmasında iştirak edərsə, ona Qiyamət günü dörd şəfaət haqqı verilər və bu əsnada mər¬hum üçün nə dua edərsə, bir mələk də “bu, eynilə sənin üçün də olsun” deyə onun haqqında dua edər.” (“Furu-ul Kafi”, c. 3, səh. 173; “Əl-Vəsail”, c. 2, səh. 821; “Biharul-Ənvar”, c. 81 səh. 257)

Bəzi rəvayətlərdə isə gəlmişdir: “Cənazənin dəfn edilmək üçün aparıldığı əsnada, onun arxasınca getmək yanında getməkdən daha fəzilətlidir.” (“Furu-ul Kafi”, c. 3, səh. 169; “Mən lə yəhzurul-Fəqih”, c. 1, səh. səh. 100)

Bu kimi rəvayətlər cənazə dəfnində iştirak etməyin fəzilətini və savabını bizə bəyan edir.


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031