Vəfat edən şəxsə fayda verəcək əməllər
Mьəllif: Admin
Tarix: 2-03-2024, 12:55
Vəfat edən şəxsə fayda verəcək əməllər
Vəfat edən şəxsin qəza oruc və namazının qılınması: Bir qadın bir aylıq nəzir orucunu tutmadan vəfat edir.

Övladı Peyğəmbərimizin (s) hüzuruna gələrək soruşur: “Onun yerinə oruc tuta bilərəm?”

Rəsulullah (s) da ona sual verir: “Ananın borcu olsaydı, qaytarardın?”

Qadının “bəli” cavabından sonra buyurur: “Allaha olan borc qaytarılmağa daha layiqdir, varisi onun əvəzinə oruc tutsun”. (“Səhih Buxari”, Savm, 42; “Səhih Müslim”, Siyam, 27; “Əbu Davud”, Savm 41)

Buxari və Muslim Aişədən nəql ediblər: Rəsulullah (s) buyurub: “Hər kəs dünyadan gedəndə öhdəsində vacib oruc qalsa gərək onun vəlisi həmin orucu tutsun”. (Səhih Muslim, bab qəzaussiyam ənil məyyit, 1/328, hədis 605. Səudiyyə çamı. Səhih Buxari, hədis 1952)

Onların adından həccə getmək: Peyğəmbər (s) zamanında bir qadın sağlığında həccə getməyən anasının adına həccə gedib-getməyəcəyi barədə soruşduqda, Peyğəmbər (s) buna icazə vermiş və demişdr: “onun yerinə həccə get”. (“Səhih Müslim”, Siyam, 27)

Bureydə deyir: “Rəsulullahın (s) yanında oturmuşdum, bir nəfər gəlib dedi: Ya Rəsulаllah, anam dünyadan gedib və onun boynunda bir ayın orucu qalıb. Mən onun tərəfindən tuta bilərəmmi?

Rəsulullah buyurdu: Onun tərəfindən qəza et! Sonra yenə soruşdu: Anam heç vaxt həcc əncam verməyib, mən onun tərəfindən həccə gedə bilərəmmi?

Rəsulullah buyurdu: Anan tərəfindən həcc əncam ver!”. (Səhih Muslim, bab qəzaussiyam ənil məyyit, 1/328, hədis 606. Səudiyyə çapı)

Onların adından qurban kəsmək: Həzrəti Əli (ə) iki qoç kəsmişdi. “Biri özüm üçün, digəri Rəsulullah (s) üçün”.

Buyurdu: “Rəsulullah (s) belə vəsiyyət etdi. Ömrüm boyu bunu edəcəyəm” (“Əbu Davud”, Ədahi, 1; Hakim Müstədrək, c. 4 səh. 255)

Həzrət Peyğəmbərin (s) də sünnəsi belə idi. O, hər dəfə iki qurban kəsərkən bir qurbanı da ümmətinin kasıbları adından kəsərdi. (Heysəmi, “Məcməuz-Zəvaid”, c. 4, səh. 23; Təbərani, “Mucəmul-Kəbir”, c. 3, səh. 182)

Dünyasını dəyişənlər üçün bu kimi çoxlu xeyir əməllər görə bilərik ki, hər biri öz-özlüyündə ehsan sayılır.


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930