Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı?
Mьəllif: Admin
Tarix: 6-03-2024, 11:34
Dünyasını dəyişənlərə ağlamaq və onlara yas  saxlamaq olarmı?
Ağlamaq fitri bir işdir

İnsanın ağlaması fitri bir məsələdir. Yəni bu işi Allah özü insanın daxi¬lində qərar vermişdir. Elə buna görə də heç bir ilahi hökm insan fitrətinə zidd deyildir.

İnsan həyatı boyu müxtəlif hadisələrlə qarşılaşır və onların təsiri ilə bəzən gülür, bəzən ağlayır. Ağlamaq və gülmək insanın təbii ehtiyacıdır.

Üz verən müsibət zamanı ağlamaq insanı daxili böhrandan, acıdan uzaqlaşdırır. İnsan bəzən qəm və qüssədən, bəzən isə sevincdən ağlayır.

Dilimizdə də istifadə olunan “sevinc göz yaşları” bu halın sözlə ifadəsidir. Göz yaşı qəlbdə olan kədərin görünən forması, batindəki acının zahirdəki təcəssümüdür.

Quranda və dini rəvayətlərdə gəlmişdir ki, insan ağlamaq vasitəsi ilə qəl¬binin pasını təmizləyir və tövbə üçün zəmin yaradır.

Tövbənin daha tez qəbul olunma şərtindən biri də ağlar gözlə edilən duadır. Bir sözlə, ağlamağın insana həm tibbi, həm ruhi faydası vardır.

Saxta hədisin Quran, hədis və əql baxımından rəddi

Bəziləri dünyasını dəyişənlərə görə ağlamağı qadağan etmək, yaxud əza¬darlıq məclislərinə kölgə salmaq üçün saxta bir hədisə əl atırlar.

Saxta hədis: Guya Peyğəmbər (s) buyurub: “Dünyasını dəyişənlər üçün ağlamayın. Siz ona ağladıqda ona əzab verilər.”

Bu hədis əql, Quran və hədis baxımından batildir:

1. Saxta hədisin əqli cəhətdən batilliyi: Əgər biz Peyğəmbərin (s) belə bir hədis dediyini qəbul etsək, o zaman aşağıdakı suallar meydana çıxacaq:

Əgər Peyğəmbər (s) dünyasını dəyişənlər üçün ağlamağı qadağan edibsə, o zaman niyə özü dünyasını dəyişənlərə ağlayıb?

Necə olur ki, Peyğəmbər (s) bir işi qadağan etdiyi halda, digər tərəfdən qadağan etdiyi bu işi özü həyata keçirir?

Növbəti mərhələdə həmin hədislərə işarə edəcəyik.

2. Saxta hədisin Quran baxımından batilliyi və Quranda əzadarlıq mədəniyyəti: Qurani-Kərim baxımından dünyasını dəyişən şəxsə görə onu itirən yaxınları ağlaya və ya kədərlənə bilərlərmi? Ümumiyyətlə, İslamın əza¬darlığa münasibəti necədir?

Mövzu ilə bağlı Qurana üz tutduqda, əzadarlığı və ağlamağı qadağan edən bircə ayənin belə olmamasının şahidi oluruq. Quran nəinki ağlamağı qadağan etmir, hətta onu təqdir edir.

Möminlərin Quran nazil olarkən ağlaması: “Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən.” (“Maidə” surəsi, 83)

Quran bu ayədə Peyğəmbərə (s) ayə nazil olarkən möminlərin hallarına işarə edir. Həmin halın içərisində yenə də ağlamağı müşahidə edirik.

Allahın elm verdiyi şəxslərin ağlaması: “Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Quranı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır.” (“İsra” surəsi, 109)

Ayə Allahın elm verdiyi kimsələr barədədir və yenə də Allah onların üstün¬lüyü kimi ağlamağı qeyd edir.

Peyğəmbərlərin (ə) ağlaması: “Rəhman olan Allahın ayələri (səma kitab-larının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.” (“Məryəm” surəsi, 58)

Bu ayə ilahi peyğəmbərlər barəsindədir. Allah onları yad edərkən onların bir nişanəsi kimi ağlamağı qeyd etmişdir.

Allahın bir qism insanlara ağlamağı əmr etməsi: “Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gül¬sünlər və çox ağlasınlar (Və ya: Buna görə də gərək (küfr və itaətsizliklə) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar).” (“Tövbə” surəsi, 82)

Bu və qeyd etdiyimiz digər ayələrdə Allah ağlamağı əmr etmişdir. Əgər ağlamaq qadağan edilmiş bir əməl olsaydı, Allah insanları ona təşviq etməz və bu ayələrlə ağlamağı təsdiq etməzdi.

Sizə bu məsələdə ən mühüm dəlili təqdim etmək istəyirik.


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930