HƏQİQİ İBADƏT NECƏ OLUR?
Mьəllif: admin1
Tarix: 22-05-2024, 10:42
HƏQİQİ İBADƏT NECƏ OLUR?

Allah Təalanın buyurduğuna və Əhli-beytin (ə) çatdırdığına görə ən düzgün və sağlam ibadət o ibadətdir ki, dünya və axirətin müsbət təsirinə malik olsun. Tərkibi beş həqiqətlədir. Bu beş həqiqət o zaman ki, bir-birinin yanında olar - Pərvərdigarın insanlardan istədiyi həmin ibadətə çevrilər.

Birinci həqiqət: ürfan, mərifət və tanımadır.

İkinci: təslim olmaq halətidir.

Üçüncü və dördüncü: xalis niyyətdir.

Beşincisi də əməldir.

Əməl ibadətin o formasıdır ki, bənnası insan bədənidir. Yəni bir ibadətdə həm düşüncə və həm ağıl işə düşür. Həm qəlbin təslim olmuş əvəzi olmayan bir haləti vardır, həm zahiri və həm də batini haləti vardır ki, təvazökarlıq və xalis niyyət də ora daxildir.

İbadətdə oruc, namaz, zəkat, həcc, Allahın əmri olan əmr-be-məruf və nəhy-əz-munkəri tanımaq lazımdır. Onun əmr və istəkləri hikmət, rəhmət, bəndənin dünya və axirət abadlığı üçün həyata keçər. Məsələn, insan bilməlidir ki, oruca hansı ayda başlayıb, nə vaxt başa vurmalıdır? İbadəti dağıdan və quran hansı amillərdir?

Yuxarıda deyildiyi kimi, ibadətin ikinci həqiqəti təslimdir. İnsan özünü bütün varlığı ilə, yəni batini, zahiri, qəlbi, ağlı, ruhu, nəfsi ilə ibadətin ixtiyarına verməlidir. Daha doğrusu desək, insan özünü Allahın ixtiyarına verməlidir. Özünü təslim etməlidir.

İnsan özünü elə təslim etməlidir ki, düşmənləri olan şeytan, havayi-nəfsi ümidsüz olsunlar. Təslim olmağın dəyəri o qədər böyükdür ki, bəsirət əhli deyər: İnsan vücudunda təslim ağıl kimidir.

Bütün ibadətlər ağlın məhsulu, meyvəsidir. Deməli, ağıl kökdür. Allah Təal "Nisa” surəsinin 125-ci ayəsində bu məsələni bir daha vurğulamışdır: "Kimin dini yaxşı əməl sahibi olub, haqpərəsət İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir?”.

Bu aləmdə o insanların dini üstündür ki, bütün varlığı ilə həm qəlbi, həm zahiri, həm batini, həm nəfsi, həm ruhu Allaha təslim olmuş olsun. Bütün yaxşılıqlara qadir olsun və ona əməl etsin.

Allah Təala İbrahimi (ə) bir dost seçmişdir. Allahın dosta ehtiyacı yoxdur, bu təslim məqamı idi ki, İbrahimi (ə) Allahın dostu etmişdi. Yəni İbrahimi (ə) elə bir nöqtədə qərar vermişdi ki, dünya və axirətin bütün feyzlərini bu dostuna ötürmüşdü.

Bu feyzlər saymaqla bitməz: Kəbə, Məscidul-həram, Səfa, Mərva, Mina, Rəmi, qurbanlıq, qonaq qarşılama, məhəbbət, lütf, güzəşt, tövhid, saleh nəsl bütün bunlar İbrahimə (ə) verilən feyzlərdir.

Qiyamət günü o, ən layiqlilər cərgəsində dayanacaqdır. Axı o, bu məqama necə çatmışdı? Çünki o, bütün varlığı ilə Allaha təslim olmuşdu. Əgər insan Allahın istəklərinə təslim olarsa, dini dəyər qazanar.

Bu cür insanlara dünya və axirətdə qorxu və qəm-qüssə yersiz yerə hücum etməz. Onlar həmişə Məhbublarının yanındadırlar. Təhlükəsizlikdə və amandadırlar.

Çünki onların Allahı vardır, yəni hər şeyləri vardır. Dünya və axirətə sahibdirlər. O kəsin ki, ancaq dünyası vardır, ölən zaman onu da əldən verər.

O zaman ki, Əmirəl-möminin (ə) İslama qiymət vermək istəyir, buyurur: "İslam, yəni özünü Allaha və onun əmrlərinə tabe etmək deməkdir”.

Həqiqi mömin o kəsdir ki, ömrünün axırına qədər dinində sabitqədəm olar. O insan ki, yəqin məqamına çatıb, özünü Allah üçün xəzinə edər.

O insan ki, Allaha təslimdir, sanki İblisin əleyhinə hərəkət edir. Peyğəmbəri-Əkrəm (s) buyurur: "Beş şey oruc binasını dağıdar: qeybət, söz yaymaq, naməhrəmə baxmaq, yalandan and içmək, yalan danışmaq orucu batil edər. Dəstəmazın mənəvi təsirini də aradan aparar”.

O insan ki, Allaha təslim olub - təvazökardır və niyyəti xalisdir. Bu cür insan özünü bədəni vasitəsilə ibadətə çevirir və Əbdullah olur. O zaman ki, bəndəlik dəyəri artar, insan daha çox feyz əldə edər. İnsan bədəni ruhdan, ağıl və qəlbdən ibarət olduğu kimi, bəndəlik də ürfandan, təslimdən, təvazökarlıqdan, xalis niyyətdən, əməldən ibarətdir.


Deyerler.org
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930