Hacətin yerinə yetməsi üçün İmam Sadiqin (ə) tövsiyə etdiyi namaz
Mьəllif: admin1
Tarix: 1-06-2020, 00:03
Hacətin yerinə yetməsi üçün İmam Sadiqin (ə) tövsiyə etdiyi namaz
Hədislərə nəzər salan zaman hacətin yerinə yetməsi üçün çox sayda dualara və namazlara rast gəlmək olur. Bu namazlardan biri - hacət namazıdır.

İmam Sadiq (ə) buyurur: "Nə zaman mühüm hacətin olsa, cümə gününə qədər dalbadal üç gün oruc tut. Cümə günü qüsl al və təzə, pakizə paltar geyin.

Evinin damına qalx. İki rükət namaz qıl və namazdan sonra əllərini göyə qaldır və de:

اللهم إنّی حَلَلتُ بِساحَتِکَ لِمَعرِفَتی بِوَحدانیَّتِکَ و صَمَدانِیَّتِکَ، و أنَّه لا قادِرَ عَلی قَضاء حاجَتی غَیرُک، وَ قَد عَلِمتُ یا رَبِّ أنَّهُ کُلَّما تَظاهَرَت نِعمَتُکَ عَلَیَّ، اِشتَدَّت فاقَتی إلَیک، وَ قَد طَرَقَنِی هَمُّ کَذا و کَذا».

Kəza sözünün yerində öz hacətini de.

Sonra de: وَ أنتَ بِکَشفِهِ عالِمٌ غَیرُ مَعَلَّمٍ، واسِعٌ غَیرُ مَتَکَلِّفٍ، فأسئَلُکَ بِاسمِکَ الَّذی وَضَعتَهُ عَلَی الجِبالِ فَنُسِفَت، وَ وَضَعتَهُ عَلَی السَماواتِ فَانشَقَّت، وَ عَلَی النُّجُومِ فَانتَثَرَت، وَ عَلَی الأرضِ فَسُطِحَت، وَ أسئلکَ بِالحقِّ الَّذی جَعَلتَه عندَ محمَّدٍ صَلَّی اللهُ علیهِ و آلهِ، وَ عِندَ عَلیٍّ و الحسنِ و الحُسینِ، وَ علیٍّ و محمَّدٍ، و جعفرٍ و موسی، وَ علیٍّ و محمّدٍ، و علیٍّ و الحسنِ، وَ الحُجَّةِ علیهم السلام، أن تُصَلِّیَ علی محمَّدٍ و أهلِ بَیتِهِ، و أن تَقضِیَ لی حاجَتی، و تُیَسِّرَلی عَسیرَها، و تَکفِیَنی مُهِمَّها، فَاِن فَعَلتَ فَلَکَ الحمدُ، و إن لَم تفعَل فَلَکَ الحمدُ، غیرُ جائِرٍ فی حُکمِکَ، و لا مُتَّهَمٍ فی قضائِکَ، و لا حائِفٍ فی عَدلِکَ»


Sonra üzünü yerə qoyub de:

اللهمَّ إنَّ یونُسَ بنَ مَتَّی عَبدُکَ، دَعاکَ فی بَطنِ الحُوتِ و هوَ عبدُکَ فَاستَجَبتَ لَهُ، و أنا عبدُکَ أدعُوکَ فَاستَجِب لی.

İmam (ə) buyurur: "Çox zaman hacətim olan zaman bu duanı oxuyuram və Allah hacətimi yerinə yetirir”.

Bir gün İmam Səccad (ə) bir kişiyə rast gəlir ki, hakimlərdən birinin evinin qarşısında əyləşib. Ondan soruşur ki, burada niyə əyləşibdir?

Həmin kişi deyir: "Yoxsul olduğum üçün gəlmişəm ki, bu zəngin insandan yardım istəyim”.

İmam (ə) buyurur: "Qalx ayağa və sənə elə bir evi nişan verim ki, buradan daha yaxşıdır”.

Sonra onun əlindən tutub məscidə aparır. Buyurur: "Əvvəl iki rükət namaz qıl, sonra əllərini səmaya tərəf qaldır və Allahın həmdini yerinə yetir.

Peyğəmbərə (s) salavat göndərəndən sonra "Həşr” surəsinin son dörd ayəsini, "Hədid” surəsinin 6 əvvəl ayəsini, "Ali-İmran” surəsinin iki ayəsini oxu. Allahdan ruzi və insanlardan asılı olmamağını istə və Allah səni ehtiyacsız edər”.

Qətəb Ravəndi deyir ki, iki ayə dedikdə məqsəd 26, 27-ci ayələrdir. Əllamə Məclisi isə deyir ki, məqsəd 18, 26-cı ayələrdir.

Ruzini artırmaq üçün ən çox tövsiyə olunan surələr bunlardır: "Ənfal”, "Taha”, "Fəth”, "Vaqiə”.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim hər axşam "Vaqiə” surəsini oxuyar, heç bir zaman yoxsulluq ona yetişməz”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930