Həzrət Fatimənin (ə) zikri
Mьəllif: admin1
Tarix: 17-11-2024, 11:13
Həzrət Fatimənin (ə) zikri
Həzrət Peyğəmbər (s) qızı həzrət Zəhraya (s.ə) hər namazdan sonra və yatan zaman demək üçün zikr və dualar öyrədib.

O zikrlər, "həzrət Zəhra zikri" adı ilə məşhurdur.

Əlamə Məclisi deyir: İstər şiələrdən, istərsə də qeyri-şiələrdən nəql olunan hədislərə əsasən bu zikrin şəri olma səbəbi budur:

Əmirəlmöminin Əli (ə) buyurur: "Mən həzrət Fatimənin (s.ə) ev işlərində zəhmət və çətinliyini görürdüm. Bir tərəfdən də xəbərdar idim ki, həzrət Peyğəmbərə (s) döyüş qəniməti olaraq əsirlər gətirmişlər.

Həzrət Fatiməyə (s.ə) dedim: Niyə atanın yanına getmirsən və ondan işlərində sənə kömək etmək üçün xidmətçi istəmirsən ki, işlərin bir az azalsın? O, Peyğəmbərin (s) yanına getdi. Amma gördü ki, bir dəstə camaat onun hüzurunda oturub.

Xanım Fatimə (s.ə) öz xahişini demədən qayıtdı. Həzrət Peyğəmbər (s) bildi ki, Fatimə (s.ə) əhəmiyyətli bir iş üçün gəlmişdi. Səhərisi gün sübh vaxtı həzrət Fatimənin (s.ə) evinə gəldi və dünən gəlməsinin səbəbini soruşdu.

O həzrət öz məsələni deməyə utandı. Mən Peyğəmbərə (s) dedim: Bilirsiniz ki, su gətirmək, un üyütmək (əl dəyirmanı ilə), ev süpürmək kimi ki ev işləri çoxdur və onu çox narahat edir. Mən Fatiməyə (s.ə) dedim ki, sizin yanınıza gəlsin və sizdən bir xidmətçi istəsin ki, bir az onun zəhmətləri azalsın.

Həzrət Peyğəmbər (s) buyurdu: Ey Fatimə səni xidmətçidən yaxşı bir şeylə tanış edim?

(İbn Həcər Qəstəlani "İrşadus-sari” kitabi, cild 6, səh 117- də deyir: İbn Teymiyyə bu zikr barədə demişdir: hər kəs mütamadi şəkildə yatan zaman bu zikri desə, əziyyət və çətinliklər ona yetişməz.

Çünki Fatimə (Allah ondan razi olsun) ev işlərinin çətinliklərindən o peyğəmbərə şikayət etdi və peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) xanimi bu zikrə həvalə etdi. Əyyaz demişdir: peyğəmbərin cümləsindəki "daha üstün" sözünün mənasi budur ki, axirət əməlləri dünya işlərindən daha üstündür.)

Dedi: bəli, ey Allahın rəsulu (s). həzrət bu məşhur zikri ona öyrətdi ki, yatarkən və hər namazdan sonra oxusun.

Bu zikr barədə məsum Əhli-beytdən (ə) nəql olunmuş çoxlu hədislərdə deyilir ki, imamlar öz şiələrini o zikri deməyə təşviq ediblər. Hətta imam Məhəmməd Baqir (ə) buyurur: Allah taala bir şeylə ibadət olunmamışdır, əgər ondan üstün bir şey olsaydı, Peyğəmbər (s) onu qızı Fatimə (ə) bağışlayardı.

İmam Sadiq (ə) buyurur: "Hər gün namazdan sonra həzrət Fatimənin (ə) zikri mənim üçün hər gün min rikət namazdan daha sevimlidir." ("Miratul-üqul”, 15-ci cild, səh. 176)"

Biz də öz övladlarımıza namaz öyrətdiyimiz kimi, bu zikri də öyrədirik.

O zikr bu elədir; "Əllahu əkbər 34 dəfə, Əlhəmdu lillah 33 dəfə, sübhanəllah 33 dəfə.”


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930