Allaha yaxınlaşmağın ən yaxşı vasitələri hansıdır?
Mьəllif: admin1
Tarix: 25-03-2018, 09:41
Allaha yaxınlaşmağın ən yaxşı vasitələri hansıdır?
“Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız”. (“Maidə” 35).

Allaha yaxın olan kəs odur ki, nəfsani pərdələri aradan qaldıra bilmişdir. Yəni, elə işlər görər ki, onu Allaha yaxınlaşdırar. Yerinə yetirdiyimiz bütün ibadətlər gərək Allaha yaxınlaşmaq niyyətilə olsun.

Allaha yaxınlaşmaq dedikdə xüsusi məkan və zaman nəzərdə tutulmur. Məkan və zaman Onun qüdrəti altındadır. İnsanla Allah arasında bəzi pərdələr vardır ki, insanı Ona yaxınlaşmağa qoymur.

İnsan saleh əməl görən zaman və niyyəti də Allaha yaxınlaşmaq olarsa, bu pərdələrdən biri qalxar. Yəni, insan bir pillə Allaha yaxınlaşar. Bu insanın daxili zülməti azalar və özünü daha yüngül hesab edər. Yavaş-yavaş bəndə bütün pərdələri aradan qaldırar və Allahla onun arasında heç bir fasilə qalmaz.

İmam Əli (ə) buyurur ki, Allaha və Peyğəmbərə (s) iman, cihad, namaz, zəkat, oruc, həcc və ümrə, sileyi-rəhm, yaxşılıq, Allahı yada salmaq, Peyğəmbər (s) sünnətinə əməl etmək və Qurana əməl etmək – insanı Allaha yaxınlaşdıran yollardır.

Allaha iman bəsləmək.

Həyatın hədəfinin nə olduğuna diqqət etmək lazımdır. Əgər məqsəd və hədəf heyvani istəklərdirsə, bu zaman imandan söhbət belə gedə bilməz. Bu cür insanların həyatı heyvanların həyatından fərqlənməz. Lakin Allaha iman bəsləyən insan, həyatının hər bir sahəsini İlahi rəngdə görmək istəyər. Ona görə də bu yolda çalışar və səy göstərər. Gördüyü hər bir işi Allaha xatir olar.

Allah yolunda mücahidə etmək.

Həzrət Peyğəmbər (s) buyurur: “Behiştdə qapı vardır ki, adı “Babəl-mücahidindir”. Qapıya tərəf hərəkət edən zaman açılar və mücahidlər qılınclarını bellərinə taxar və məhşər insanları, mələklər onları qarşılamağa tələsərlər. Hər kim cihadı tərk edərsə, Allah onun bədəninə zillət paltarı geyindirər. Onu həyatı boyu yoxsul edər. Dinini aradan aparar”.

Namaz.

İmam Kazım (ə) buyurur: “Bəndənin Allahı tanıdıqdan sonra onu İlahi dərgaha yaxınlaşdıran ən yaxşı vasitə - namazdır”.

Zəkat.

İmam Sadiq (ə) buyurur: “İslamın bünövrə daşları üç şeydir: namaz, zəkat, vilayət. Heç biri o birisi olmadan düzəlməz”.

Oruc.

Həzrət Peyğəmbər (s) buyurur: “Oruc - dünya bəlaları qarşısındakı qalxandır və axirət əzabları qarşısındakı pərdədir”.
İmam Sadiq (ə) buyurur: “Oruc atəşdən qalxandır”.

Həcc.

İslam dininin müsəlmanın üzərinə qoyduğu vəzifələrdən biri də həcc və ümrədir ki, hər bir insanı paklaşdırar və Allaha yaxınlaşdırar. O kəslər ki, bu vacibatı yerinə yetirər, ondan da şərəfli bir əməli tanımazlar. Allah onları çağırmışdır ki, dərgahında hazır olsunlar. Onun əzəmətinə şahid olsunlar. Hər kim bu vacibatı ixlas və haqqını tanıyaraq yerinə yetirərsə, Allaha yaxınlaşar.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930