Müsəlman yaltaq olmamalıdır
Mьəllif: admin1
Tarix: 21-07-2019, 10:49
Müsəlman yaltaq olmamalıdır

Qurani-Kərimin nəzərinə görə adətən o kəslər yaltaq olur ki, maddi cəhətdən ehtiyaclıdır və bu yolla müəyyən nemətə çatmaq istəyir.

İnsanlar adətən üç dəstə olur:

1. O kəslər ki, işləyir və insanlardan təşəkkür gözləmirlər.
2. O kəslər ki, işləyir ki, insanlar bilsinlər və onları tərifləsinlər.
3. O kəslər ki, işləmədən insanların onları tərifləməsini istəyərlər.

Yaltaq insanlar ancaq bir əxlaqi rəzilliyə düçar olmayıblar, onlar özləri özlərinə məğlub olmuş kəslərdir. Onlar çox sayda rəzil sifətə malikdirlər ki, bunlardan biri də yalandır.

Yaltaq insan yalançı, riyakar, üzr istəməyi vərdişə çevirən, tənqiddən qaçandır. Onlar öz nəfslərini islah etməz və günahlarının sayını artırmaqla məşğul olarlar.

Bu insanlar təkəbbürlüdür və nəsihət eşitməyi sevməzlər. Əgər onlar qüdrətə çatsalar, insanlara zülm və əziyyət edərlər.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman qardaşının üzünə onu tərifləsən, sanki boğazına ox sancmısan”.

Yaltaq insan yalan vasitəsilə nifaq yaradar və zalıma yardım edər. Özü fəsadın səbəblərindən biri olar. Zalıma etdiyi yardıma görə özü də zülmdə şərik olar.

Bəs bu insanlarla necə rəftar edək?

İslam dini buyurur ki, bu cür insanlarla ən yaxşı münasibət odur ki, onlara qarşı laqeyd olasan və yaltaq sözlərinə müsbət cavab verməyəsən.

Bu zaman həmin insanlar rəftarlarını təhqiramiz hiss etdikləri üçün onu davam etdirməzlər. Özlərinə nəzər salar və eyblərini görməyə çalışarlar.

Yaltaqlıq cəmiyyətin hər bir sahəsində mənfi təsir qoyar. İstər iş mühütində olsun, istərsə də siyasi və ictimai mühitdə.

Yaltaq insanlar adətən əgər öz hədəflərinə çatıblarsa, o zaman əlinin altında olanlarla qeyri-sağlam rabitə qurar və nəticədə də istehsal və tərəqqi geriyə doğru hərəkət edər.

Həzrət Peyğəmbər (s) buyurur: “Bir insanın iti bıçaqla başqa birinin üstünə getməyi, üzünə təriflənməkdən daha yaxşıdır”.

Sultan Mahmuda ac olan zaman badımcan yeməyi gətirirlər və ondan xoşu gəlir. Deyir: “Badımcan nə ləzizdir”. Xadimi badımcanı tərifləməyə başlayır.

Sultan tox olandan sonra deyir: “Badımcan nə ziyanlı şeydir”.

Xadimi bu dəfə badımcanı pisləməyə başlayır. Sultan ona deyir: “Ey kişi, indiyə qədər onu tərifləyirdin?”.

Xadim deyir: “Mən qüdrətin xadimiyəm, badımcanın deyil. Mən gərək elə şey deyim ki, sizin xoşunuza gəlsin, nəinki badımcanın”.

Adətən yaltaq insanların zəif iradəsi və özlərinə etimadsızlığı olur. Bu insanlar ancaq yaltaqlanmaq yolu ilə həyatda hansısa bir məqama çatmağa cəhd edərlər.

Qarşı tərəfi tərifləməkdən ləzzət alarlar. Lakin ləyaqətli insanlar bu cür yersiz təriflərə ehtiyac duymadıqları üçün onlara məhəl qoymaz.

İmam Əli (ə) buyurur: “Yaltaqlıqdan çəkin ki, imanın sifətlərindən deyildir”.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031