Hansı amillər izzəti-nəfsi gücləndirir?
İzzəti-nəfs – dəyərli olmağı hiss etməkdir. Bu hiss həyatımız boyu etdiyimiz təcrübələrdən, fikirlərdən və sevgi hisslərindən ibarətdir. Bütün insanlar yaşına və cinsinə baxmayaraq, izzəti-nəfsə ehtiyac duyur.
İzzəti-nəfs insanın bütün həyatı boyu ona təsir qoyar. Psixoloqların nəzərinə görə, əgər cavanların bu hissinə olan ehtiyacı təmin olunmazsa, istedadlarını kəşf etmək qabiliyəti məhdud olar. İmam Əli (ə) izzətinəfsə təsir edən iki qüvvvənin adını çəkmişdir: biri Allaha iman, Onun qüdrətinə söykənmək, Ona pənah aparmaqdır. O birisi isə - təqvadır. Allaha iman insana stimul və güc verir ki, hər cür çətinliyin qarşısında dağ kimi dayana bilsin. Hər cür ruhu təzyiq iman qarşısında aradan gedər və sınar. Həyatın çətinliklərinə Allaha imanla dözmək mümkündür. İmam Əli (ə) buyurur: “Hamı Ona söykənmiş və bərqərardır. Hər bir yoxsulun - ehtiyacsızıdır, hər bir xarın - izzəti, hər bir gücsüzün - gücü, hər bir qəmginin - pənahıdır. Hər kim söz deyər, onun sözünü eşidər. Hər kim sükut edər, gizlisini bilər”. Əgər insan Allahdan yardım istəsə, Allah ona yardım edər. Əgər Ondan izzət istəsə, Allah onu əziz edər. İmam Hadi (ə) buyurur: “Həqiqətən Allah Təala hər şeyi möminə rəva bilmişdir, xar olunmağından başqa”. Təqva da insanın izzəti-nəfsinə təsir edən amillərdəndir. Təvqalı insan üçün həyatın çətinlikləri həmişə asan olmuşdur. Təqvalı insan ali ruhi qüdrətə malik olduğu üçün, həyata baxışı nikbin olar. İlahi razılığı əldə etmək üçün səyləri izzəti-nəfsə səbəb olar. Aqil insanlar həyatda heç bir zaman xar olmağı seçməzlər. Bu insanlar həyatın çətin anlarında belə, Allahın razılığını qazana biləcək işlərə baş vurarlar. Xarlıq hissi ehtiyac hissindən doğar. Təqvalı insanın Allahdan qeyrisinə ehtiyac hissi olmaz. Nəticədə izzətə sahib olar. İmam Baqir (ə) buyurur: “İnsanlardan istəmək - izzətin tarac olmasına və həyanın əldən getməsinə səbəb olar. İnsanların əlində olandan ümidsiz olmaq - möminin izzətinə səbəb olar. Buna ümid bəsləmək - həqiqətdə hazır olan yoxsulluqdur”. İmam Əli (ə) həmişə tövsiyə edirdi ki, izzəti-nəfsinizi qoruyun və məbada başqalarından hacətinizi istəyən zaman, izzəti-nəfsiniz aradan getsin. Ona görə buyururdu: “Hacətinizi izzəti-nəfs ilə istəyin”. Bir nəfər İmamın (ə) yanına gəlir və deyir: “Ya Əmirəl-möminin! Hacətim vardır və istəyirəm ki, sizə deyəm”. İmam həmin kişinin xəcalətli üzünə baxdı və titrəyən səsini eşidib buyurdu: “İstəyini torpağa yaz və dilə gətirmə”. Həmin kişi yazır: “Mən yoxsulam və ehtiyac sahibiyəm”. İmam (ə) da ona yardım etdi. Oxşar xəbərlər
|